27 Aralık 2016 Salı

Yeni il filmləri 2



Keçən ilki “Yeni il və qış auralı 10 film ” yazısından 1 il sonra növbə yeni film siyahısındadır. Heç ağlınıza da gəlməz , əslində yeni il auralı filmlərin sayı necə çoxdur ! Amma bu dəfəki siyahı da sadəcə 10 filmdən ibarət olacaq. Digərləri qalsın gələn dəfələrə :)
1. Əsl Milad şedevri- “Elf”(2003) Necə olub ki , bu filmi indiyə qədər izləməmişəm ? Siz də hələ də izləməmisinizsə mütləq bir yerə qeyd edin. Yeni il aurasını çox az filmdə bu qədər hiss eləmək olar. Filmin hekayəsi insane olmasına baxmayaraq səhvən Santanın elfləri ilə bir böyüyüb , yaşayan Buddynin bir gün əslində elf olmamasını öyrənməsi ilə gerçək atasının axtarışı üzərinə qurulub.
Filmin əjdaha komandası var. Peter Dinklage-i, Mary Steenburgenu görmək çox sevindirici idi. Amma düzü filmin məhz baş rol ifaçısı -Will Ferrel əvəzinə daha gənc və daha dinamik bir aktyor olsa film çox daha sevimli ola bilərdi.(Məsələn , deyilənlərə inansaq Jim Carrey bu rol üçün ilk seçim olubmuş. Onda daha uğurlu alınacağını bilmək adamı heyfsləndirir

P.S. Filmin çəkilişləri vaxtı Will Ferrel o qədər şirin şey yeməli olmuşdu ki, aktyorda yuxu  pozuntusu yaranmışdı.



2. Jingle All the Way(1996) – Əsil ailə filmi. Arnold Scharzenegger və Sinbadın baş rollarda yer aldığı film iki atanın öz uşaqları üçün “Turboman” deyilən oyuncağı əldə etmək istəyərkən başına gələnləri ekrana gətirir. Ümumiyyətlə , siz siz olun, heç vaxt hədiyyələri son günə saxlamayın :)




3. "Christmas with the Kranks" (2004)- Kranks ailəsi bu il qərara gəlir ki, miladı qeyd etməsin. Onların yeni planları nə qədər ağır nəticələr versələr də , ən pisi qızlarının Milad günü evə öz sevgilisi ilə gələcəyini xəbər etməsi ilə başlayır. Bəs Krankslara belə məqamda kim kömək edəcək ? :) Gülüşlə və milad ruhu ilə bol film .



4. Christmas Vacation (1989)- Filmin o qədər tanış səhnələri var ki :)Hər əlamətdar hadisələrdə evinə çoxsaylı qonaq gələnlər bu filmi xüsusilə sevəcək :)





5. "Arthur Christmas "(2011)- Hər kəsə görə Arthur Santanın ən fərasətsiz uşaqlarından biridir. Bir gün o, öyrənir ki , uşalardan birinə hədiyyə çatmayıb və bu səhvi düzəltməkçün hərəkətə keçir. Yeni il auralı animasiya filmləri adi filmləri ciddi şəkildə qabaqlamağı bacarır sanki :) Rəngarəng , gülüş dolu , aksiyonlu əsil Christmas animasiyası :)




6. "Polar express "(2004)-Bütünlüklə rəqəmsallaşdırılmış ilk film olaraq 2006-cı ildə Ginnesin Rekordlar Kitabına düşmüş “Qütb ekspressi” eyni adlı kitabın motivləri əsasında çəkilib. Bu animasiyanın hekayəsi Santaya inanmayan balaca oğlanın düz Santanın yanına-şimal qütbünə gedən qatarda peyda olması ilə başlayır. Bu səyahət anlayacağınız kimi, macəralarla dolu olur :)

Filmdə tam 6 obrazın səsləndirməsi Tom Hanks-ə aiddir və mənə görə filmin ən maraqlı cəhətlərindən biri əsas qəhrəman olan balaca oğlanın adsız olmasıdır. Bəli, bir dəfə də onun adını eşitmirik və adı haqda söhbət keçmir :)



7.The Family Man (2000)-Həyat möcüzələrlə doludur. Bir gün heç tanımadığınız biri başınıza elə bir oyun gətirə bilər ki , yuxudan ayılıb illər öncə ayrıldığınız qadınla illərdir ki, ailəli olduğunuzu öyrənə bilərsiniz. Dəli olmaq lazım deyil ! :) Həyatımızda baş verən bütün möcüzələr bizə çox vacib bir şeyi öyrətməkçün baş verir…



8. Scrooged (1988) Bill Murray şedevrlərindən sadəcə biri ! Yəqin ki, xəbərdarsınız ki, Charles Dikkensin “Christmas Carol”-u əsasında bir neçə film çəkilib. Hətta keçən ilki yazıda eyni adlı animasiya filmi haqda danışmışdım. Bu isə bildiyim qədəriylə ən müasir variantda ekranlaşdırılmış versiyadır. Komediya janrında olan “Scrooged”-i Bill Murrayin “Ghostbusters”-dən sonra film dünyasına qayıdışı kimi qiymətləndirirlər. Bəs bilirdiniz ki, filmdə Murrayin qardaşları John vəBrian Doyle Murraylər də yer alıb ? :)

Qısası, üç zamandan gələn ruhların filmin qəhrəmanının başına açacağı oyunları izləmə dəyər !




9.“Deck the Halls”(2006)- Baş rollarda Danny DeVito v' Matthew Broderickin yer aldiğı amerikan ailəvi komediyası. Milad ərəfəsində iki qonşu arasında dava düşməsi üçün ən tutarlı səbəb sizcə nə ola bilər ? Filmdəki qonşular arasındakı hər şey evlərini bəzədikləri işıqlara görə başlayır :)




10. «Ёлки» (2010) Baş rollarda İvan Urqantla Sergey Svetlakovun yer aldığı filmdən sonra daha 4 film çəkilsə də , (məsələn , «Ёлки 5» bu yaxınlarda vizyona girdi) mənə hər zaman ilklər daha doğma gəlir.Rusların filmlərindəki müasir komediya tərzi nisbətən fərqlidir və inanıram ki, bəyənəcəksiniz :)





Filmdə Medyedevin yeni il təbrikindəki ifadələrdən istifadə edilib. Hətta prezident özü 2010 bitəndə twitter hesabında xalqını belə təbrik etmişdi : «Всех с Наступающим и Наступившим! Помните, что на Деда Мороза надейся, а сам …» :)

11 şəhərdə baş tutan çəkilişlərlə 6 fərqli rejissorun ekrana gətirdiyi bir-biriylə uzaqdan yaxından əlaqəsi olan 7 fərqli yeni il hekayəsini izləməkçün məncə hələ gec deyil :)

Dostlar, bu mənim ikinci yeni illə bağlı film siyahım idi. Gələn il , imkan olsa , yeni top 10-u da təqdim edərəm :)

Bayramda istirahətinizə vaxt ayırın və ekran qarşısına keçib heç olmasa bu filmlərdən birini izləyin …Qarşıdan gələn bayramlarınız mübarək olsun :)

Hiç yorum yok:

Yorum Gönder