30 Kasım 2016 Çarşamba

Wazir-Vəzir (Və ya məğlubiyyətin qələbəsi)

Hind film sektorunda son illərin ən maraqlı kriminal trillerindən hesab olunan, 2016-cı ilin ilk hiti və şübhəsiz ki, bizə bir daha “Bollywood həqiqətən də dəyişir!” dedirdəcək, gözlənilməz bir sonluğa malik film!

Bu gün “Wazir”-dən danışırıq :)


Rejissorluğu Bejoy Nambiara, ssenarisi isə “3 axmaq”, “PK” kimi iddialı filmlərə imza atan Abhijat Joshi və Vidhu Vinad Chopraya aid filmin baş rollarını hind filminin usta adı Amitabh Bachchan, sadəcə istedadlı aktyor deyil , həm də kifayət qədər iddialı filmlərin rejissoru və prodüseri olan Farhan Akhtar və Bollywoodun yeni , həm də bacarıqlı aktrisalarından olan Aditi Rao Hydari bölüşüb.

Baş rollar bir kənara, film adını daşıdığı “Vəzir” obrazı Neil Nitin Mukeshin canlandırmasıyla sözün əsl mənasında möhtəşəm idi! Qonaq aktyorlar isə az qala hind filmində bir ənənəyə çevrilib ki , “Vəzir”də bu John Abraham idi.

Amma mən sonda şəxsən bu qənaətə gəldim ki , filmdəki hər kəs Amitabh Bachchanın yanında sönük qalıb :) Aktyorun yaşına uyğun və bu cür dərin rollarda iştirak etməsi əsil hind film izləyicəsinə zövq verməyə bilməz

Filmin adından mövzunun şahmatla əlaqəsi olduğunu anlamış olarsınız. Amitabh Bachchanın məharətlə öhdəsindən gəldiyi Pandit Omkar peşəkar şahmat ustasıdır. Filmdəki əsas hadisələr yaşlı, şikəst müəllimin onun kimi çox sevdiyi qızını itirmiş polis Danish Aliylə rastlaşması, daha doğrusu ona hekayəsini danışmasıyla başlayır.



Həyatda hər şeyini itirmiş bir ata olan Panditin tək yaşama səbəbi qızının intiqamını almaqdır. Amma həm təhlükəli , həm də güclü insanları ittiham etmək qorxuludur və bunlar mütləq öz nəticəsini göstərir. Danishin qısa zamanda ən yaxın dostuna çevrilmiş, ona şahmatı, hər gedişində də həyatın özünü öyrədən bu qocanın daha ciddi təhlükədə olması artıq onu da daha böyük addımlar atmağa məcbur edir.

Əgər məndən bu filmi iki cümləylə ifadə etməyimi istəsəydilər , belə deyərdim: Bu bütün ümidlərini itirmiş bir adamın son oyununda son gedişiylə məğlub olmasıdır. Amma yalnız o, özü bilirdi ki, bu məğlubiyyət həyatının ən böyük qələbəsi olacaq…



İzləyicilər həyatda cəsarətdən başqa hər şeyini itirmiş bu qocanın son gedişini biləndə çox təəccüblənəcəklər.

Film məni şahmat oynamağı hələ də öyrənmədiyimə görə bir daha utandırmağı da bacardı :)

P . S. Xoş izləmələr :)

Filmin traileri :

https://www.youtube.com/watch?v=gdwM7xKOph0


Hiç yorum yok:

Yorum Gönder