6 Şubat 2016 Cumartesi

NH10 (National Highway 10)

Rejissor Navdeep Singhin arxada qoyduğumuz 2015-ci ilə aid olan bu ekran əsəri Bollywood üçün adət olmayan -slasher triller subjanrında çəkilib.

Baş rollarında Anushka Sharma, Neil Bhoopalam və Darshan  Kumarın yer aldığı film səssiz və sadə həyatları olan , bir-birini sevən evli cütlüyün  anidən həyatlarının necə dəhşətə çevrilməsini ekrana alır.

Meera (Anushka) və Arjun(Neil) Meeranın doğum gününü daha özəl və romantik  formada qeyd etməkçün evlərindən uzaq bir yerdə Arjunun kirayələdiyi villaya gedirlər. Yol üstü fasilə verərkən  gənc cütlük bir qrup kişi  tərəfindən şiddət görən gənc oğlan və qızı görürlər.  Arjun məsələyə qarışmaq istəsə də , qızın qardaşı -Satbir (Darshan) onu kobud formada uzaqlaşdırır.
Yollarına davam edərkən Arjun yaşananları öz  qüruruna sığışdıra bilmir  və Meeranın bütün yalvarışlarına baxmayaraq geri qayıdır. Özü də həyat yolldaşının bir müddət əvvəl özünü müdafiə məqsədilə aldığı tapancasını da yanında  götürərək...

Məqsədi sadəcə şiddət görən gəncləri xilas etmək üçün  "cahil kəndçilər"i qorxutmaq isi əslində.
Amma işlər düşündüyü kimi getmir və Meera öz təriqətləri üçün hər şeyə hazır olan , çox təhlükəli insanların əhatəsində qalmağa məcbur olur.

Özünü və yoldaşını xilas etmək üçün hər şeyə razı olan  Meera  sözün həqiqi mənasında ölüm-dirim savaşı başlayır. Amma polisin belə cinayətkarlarla əlbir olduğu bir yerdə tək və yaralı qadın nə edə bilərdi ki ? Və əslində bütün bunlar sadəcə başlanğıc idi...

Bu filmi Anushka Sharmanın istedadının sübutu olaraq da qəbul edə bilərsiniz  :)
Sizlə də bölüşməliyəm ki , filmin sonunda ciddi bir əskiklik hiss etdim, şəxsən, sanki ssenari sonlara yaxın daha zəngin olmalı idi. Mənə görə, bir az tələsmişdilər. Zatən Anushkanın performansı daha artığının da öhdəsindən gələ biləcəkdi, bu aydın idi. Amma , məhz sonluq səhnələrində hiss etdiklərimə baxmayaraq, film maraqlı və ən əsası da çox fərqli film idi. Qətiyyətlə də "flop" olacaq qədər uğursuz bir  iş olmadığını da deyirəm, amma heyf ki, film bu aqibəti yaşayıb.

Anushka Sharmanı və psixoloji qorxu filmlərini sevənlərə özəlliklə tövsiyyə olunur :)

Filmi izləmək üçün linklər :

Türkcə altyazılı : http://www.hintfilmiizle.com/nh10-2015.html
Rusca : http://www.online-life.cc/7060-nacionalnaya-trassa-10-nh-10-2015.html