13 Eylül 2015 Pazar

JTHJ-nı KKHH-dən üstün tutanlara :)

Bayaq türk səhifələrinin birində anket gördüm. Jab tak hai jaan yoxsa Kuch kuch hota hai ? Dəhşətlisi bilirsiz nədir ? Rəylərin əksəriyyəti JTHJ-ı seçmişdi , filmi əfsanə zad adlandıranlar var idi. Rəylərin nə qədəri də özümüzkülərə aid idi...
Bir dəfəlik bu məsələ haqda fikrimi bildirəcəm.
Əslondə bu iki filmi müqayisə eləmək mənasızdır. KKHH-in olduğu siyahıda belə yer ala bilməz o film. Səbəbləri izah edim.
1. Mövzu.
Özünüzdən soruşun, JTHJ sizə nə verdi ? Nə öyrətdi ?
2. Sujet xətti.
Avropa təhsili almış, dünyagörüşlü və ağıllı bir qız elə bilir ki, "İsa" duaları(şərtləri)na görə sevdiyini incidəcək və onu atır. Bəli, atır. Öz axmaq düşüncələrinə görə. Belə düşüncə olar ? Film bütün bu düşüncənin üzərində qurulub özü də...
3. Baş roldakı aktrisalar. Anuşka Şarma bir tərəfə hələ. (Ki, əslində onun aktrisalığı belə nə Ranininki, nə də Kajolunku ilə müqayisə edilə bilməz. Amma nəisə.) Katrina Kaifi necə Kajoldan, Ranidən üstün tutmaq olar ? Mən sırf Bollywood səhifəsi idarə edirəm deyə, Katrina haqda da məlumatlar paylaşıram səhifədə. Yoxsa ki, mən Katrinanı aktrisa hesab etmirəm. Bu xanım bunu bacarmır. Bu gedişlə də bacarmayacaq. Hind aktrisanı necə emosiyalarsız, dəlisovluqsuz və passiv təsəvvür etmək olar axı ? Bu yaxınlarda "Bang bang " filmini izlədim. Ümidlərdim vardı ki, bəlkə bu filmdə yarıtmış ola. Bəlkə də bilmirsiniz, "Bang bang "Tom Kruzla Kameron Diazın baş rollarında çəkildiyi "Gecə-gündüz" filminin remake-idir. Yəni Katrinanın eləməli olduğu sadəcə Kameronun "ağzını əymək" idi. Amma, inanın ki , bacarmayıb. Hətta uyuşmuş halındakı yaratdığı o guya şıltaq qız belə alınmayıb. Tamam , gözəl qızdır, əla bədəni var, super rəqs edir, amma o bütün bunlarla belə Kajolun çatma qaşlarıyla, Raninin balaca boyu ilə elədiklərinin 1 faizini belə bacarmayıb. Təkrar edirəm, aktrisa olaraq.
4. Hind dəyərlərinə hörmət.
KKHH-də sevgisini  belə etiraf edə bilməyən Anjali var... Ölüm ayağında qızına ən yaxşı analıq edəcək Anjalini seçən Tina var...Qızını özü böyüdən Rahul var...JTHJ-da nə var ? Min dənə hoqqadan çıxan iki sevgili, övladını başqa kişiyə görə atan ana və  dəisovluğu ilə sərhədini bir xeyli aşan jurnalist qız... Ən pisi odur ki, JTHJ bunu elə təqdim edir ki, sanki belə də olmalıdır , bu normaldır. Normal deyil yoldaşlar, hind filmi hind dəyərlərinə hörmət eləməlidir.

Siyahını bir az daha uzatmağa davam edərdim, amma xeyri yoxdur. Mən insanların JTHJ sevgisi qarşısında acizəm :)

4 yorum:

  1. Mənim adamımsane sən. JTHJ haqda nə düşünmüsəmsə yazmısan birəbir. Və Katrina beceriksizi haqda da. Pff əsəb eliyire o qız adamı. JTHJa yenə birtəhər baxardıme Kat olmasaydı ama o qız işkəncə edir mənə. Sadəcə mahnıları qəşəngdi o filmin. Vse. Başqa heçnə. Anuşka yenə şükürlüdü onun yanında və Şahı da həmişə qınayacam bu filmə görə. Ama KKHH.... Mmmm cağnım filmim benim 😍😀

    YanıtlaSil
  2. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil
  3. Sadece bele deyekde bu filmler bir biri ile muqayise edile bilmez umumiyyetce hansisa bir film basqa filmle muqayise edilmesi duzgun deyil..Bu sayt hind filmleri haqqinda olan bir saytdi duzgun deyil axi JTHJ filmini yixib suruduzuz siz ozunemexsus filmdi neticede emek var ortada ve Yash Chopra kimi bir rejissor cekib filmi ve pis deye bilmerik biz ona..Film yaxsi filmdi duzdu katrina donuqdu drammatik rollari apara bilmir ama yaxsi aktrisadi aksiyon ve romantik komedi de..reqslerinj demirem hele

    YanıtlaSil
  4. Sadece bele deyekde bu filmler bir biri ile muqayise edile bilmez umumiyyetce hansisa bir film basqa filmle muqayise edilmesi duzgun deyil..Bu sayt hind filmleri haqqinda olan bir saytdi duzgun deyil axi JTHJ filmini yixib suruduzuz siz ozunemexsus filmdi neticede emek var ortada ve Yash Chopra kimi bir rejissor cekib filmi ve pis deye bilmerik biz ona..Film yaxsi filmdi duzdu katrina donuqdu drammatik rollari apara bilmir ama yaxsi aktrisadi aksiyon ve romantik komedi de..reqslerinj demirem hele

    YanıtlaSil