1 Eylül 2015 Salı

Anjaam (Kapriz-Şıltaqlıq)

Filmfare tarixində ilk ən yaxşı mənfi rol mükafatı məhz Shahrukh Khana verilib. Özü də məhz “Anjaam”-dakı  Vidjay Agnihotra obrazına görə :)

1994-cü ildə Rahul Ram tərəfindən çəkilmiş film triller və dram janrındadır. Filmdə Shahrukh Khanın tərəf müqavili  stüardessa olan Shivani Chopranı canlandıran Madhuri Dixitdir.

Əvvəlcə şıltaq bir sevgi kimi görünən  Vidjayın hissləri  Şivaninin  ailə qurduğunu öyrənməsiylə qorxulu bir kabusa çevrilir.
Shivani isə onu heç vaxt sevməyib, hətta ondan zəhləsi belə gedir. Yeni ailəsi ilə 4 il Londonda yaşadıqdan sonra o, yenidən Hindistana qayıdır və Vidjay yenidən  onunla rastlaşır. Amma Vidjay başa düşür ki, heç nə bitməyib, bu dəfə o, Shivaninin bircə sevgi etirafını eşitməkçün hər şeyə hazırdır. Hətta “sevdiyi” qadının  bütün həyatını yerlə bir etməyə belə…

Ancaq bu həyatda hər şeyini itirmiş bir qadından daha təhlükəli və daha qorxusuz nə ola bilər ki ?

Bu istər sevgi olsun, istərsə də Shivaninin dediyi kimi sadəcə kapriz… Amma bu hekayənin sonu  onların ikisi üçün də xoş olmayacaq.

Bunu da yazmadan keçə bilməyəcəyəm :) Mənə görə Bollywood filmləri içində ən yaddaqalan sonluqlardan biri məhz “Anjaam”-a aiddir :)

Filmdən yaddaqalan sitatlar :

Hər kəsin problemi üçün hansısa çarə var : Əngəllilər üçün baxım evləri, dəlilər üçün dəlixanalar. 
Amma axmaqlara çarə yoxdur və sən axmaqsan.

Bir qadın  sevdiyi kimi nifrət də edə bilər, yaşam verə bilirsə onu sonlandıra da bilər.

Mənim yaşamağım sənin ölməyindən daha vacib deyil.

Filmdə səslənən bütün musiqiləri aşağıdakı linkdən dinləyə bilərsiniz :

https://www.youtube.com/watch?v=OKXYIKJVnPc








Hiç yorum yok:

Yorum Gönder