22 Haziran 2016 Çarşamba

Hum aapke dil mein rehte hain (Mən sənin qəlbində yaşayıram)

Filmi izləyəndən sonra ilk düşündüyüm bu oldu : Görəsən Kajol və Anil Kapoor niyə yenidən  filmdə bir araya gəlməyiblər ki ? Özü də vizyonda böyük uğur qazanmış belə filmdən sonra.

Bir Srkajol kimyası olmasa da, mən bu ikilinin də ekrana yansıtdığı hisslərdən çox zövq aldım açıqcası.

99-cu ilin Rejissor Satish Kaushnikə aid olan HADMRH filmi "Filmfare"-də Kajola "ən yaxşı aktrisa" mükafatını gətirib. Məncə Anil Kapoorun aktyorluğu da mükafatla dəyərləndiriləcək qədər uğurlu idi, amma bu dəfə mövzu bu deyil :)

Megha (Kajol ) multimilyaner iş adamı- Wishwanathın    (Anupam Kher)  katibəsidir və o , Meghanın xətrini çox istədiyindən ,  məhz ona gəlini olmağı təklif edir. Oğlu- Avropada təhsil almış, orda uzun müddət yaşamış Vijay(Anil Kapoor)  isə qıza onunla yalnız bir illik- o da müqavilə ilə evlənməyə razı olduğunu deyir. Əvvəlcə razı olmasa da ailəsinin başına gələnlər onu bu təkliflə razılaşmağa məcbur edir.

Ailə ənənələrinə, hisslərə çox bağlı olan Megha Vijayı sevməyə başlayır. Hətta elə olaylar baş verir ki, qızımız ən inanılmaz şeylərə nail olur :) Bütün bunlardan sonra hər kəsin Vijayın artıq bu müqaviləni çoxdan unutduğunu düşündüyü vaxtda ,bir ilin tamamında , o həyat yoldaşını öz evinə geri gətirir. Əslində demək olar ki, əsil film burdan başlayır :)

Peşmanlıqar, utanc hissləri, qəzəb, nifrət, sevgi, yalvarış və son çarə...Son çarə Vijayın Meghaya oynadığı oyun olur. Megha bu oyundan xəbər tutur, amma oyunun dəqiqələr içində həqiqəqətə çevrildiyini anlamaması  isə hər ikisinin həyatına son qoya bilər...

Dostlar , bu film telegu filmi olan "Pavitra Bandham"-ım remake-idir, biləsiniz :)

Əgər, Kajol və ya Anil Kapoor fanatısınızsa, vaxtınızı heç də qısa olmayan bir melodramaya həsr etmk istəyirsinizsə, seçim yenə də sizindir :)

Filmdən yadda qalan sitatlar :

Yemək yemək üçün həyat yoldaşını gözləmək lazım deyil, acmağı gözləmək lazımdır.

Əgər tərəvəz korlanıbsa onu ata bilərik, amma insan belə deyil, məhv olmuş insanı bərpa etmək lazımdır.

Kimin ki, təmiz ürəyi yoxdur, ona heç bir geyim yaraşmır.

Filmi rus dublajı ilə izləmək üçün link :
http://indiankino.net/news/ja_zhivu_v_tvoem_serdce/2014-07-01-336