19 Ağustos 2015 Çarşamba

Kaminey (Yaramazlar)

Keçdiyimiz həftə “Kaminey” öz 6 yaşını qeyd etdi.Filmə baxanadək Şahid Kapurun nə vaxtsa əkiz rolunu oynadığını bilmirdim :)

Vişal Bhardveyin filmində Şahid Kapurla yanaşı baş rolda Priyanka Çopra da çəkilib.

Film atalarının ölümündən sonra bir-birilə bütün əlaqələrini kəsən iki əkiz qardaşın hekayəsindən bəhs edir. İllər sonra onları yenidən  qarşılaşdıracaq şey  də elə əkiz olmaları olacaq… Ya da ikisinin də “pis adam”larla əlaqədə olması ...

Çarli pulu rahat  qazanmaq üçün hər yola üz tutmağa hazırdır və o ən ən qısa, həm də ən təhlükəli yolu seçir. Quddu isə gələcəyi üçün pillə-pillə planlar hazırlayıb. Amma işlər istədiyi kimi getmir və o illər sonraya düşünsə də sevgilisi  Sweety ilə  evlənməli olur. Özü də, məhz toy günü  xəbər tutur ki, gəlini təhlükəli təhlükəli siyasətçilərdən olan Sunil Bhopun bacısı imiş :)

Və beləcə iki qardaş eyni təhlükənin düz mərkəzinə düşürlər. Çarli isə seçim etməlidir, qardaşı ,  yoxsa asan qazanılmış çirkli pullar ?

Filmdən yadda qalan sitatlar :

Tez pul qazanmağın iki yolu var : Kəsdirmə yol və daha kəsdirmə yol.

Bəzilərimiz zamanla dəyişir, bəzilərimizsə zamanın özünü dəyişdirir.

Dalğanın əksinə üzənlər heç vaxt geri qayıtmazlar.








2 Ağustos 2015 Pazar

Shaadi ke side effects (Evliliyin yan təsirləri)

Filmə baxmadan Farhan Axtar və Vidya Balan uyumunun bu qədər uğurlu olacağını düşünməmişdim :) “Shaadi ke  side effects “ ( “Evliliyin yan təsirləri”) serial dadında bir filmdir. Canınızı sıxmayacaq, güldürəcək, düşündürəcək və hətta şok belə edəcək :) Romantik-komediya janrında filmin rejissoru Saket  Çaudridir.

Bloqda ailə münasibətlərinə həsr olunan ilk filmimiz nümunəvi münasibətləri olan  kişi və qadının qızları dünyaya gələndən  sonra tamamilə dəyişən həyatları haqdadır.

Sidhart (Farhan) musiqiçidir. O,  vaxtilə evliliyi həmişə maraqlı saxlamaq üçün başqalarına məsləhət verərdi. İndi  başqalarının ona məsləhət verməsi bir yana , artıq həyat yoldaşı Trişa( Vidya) belə günü-gündən ondan uzaqlaşır. Amma təslim olmaq fikri yoxdur və evliliyin bütün yan təsirlərini araşdırmaq qərarına gəlir . Beləcə başına gəlməyən də qalmır :)

Valideyn olmağa hazırlaşan cütlüklərin izləməsi tövsiyyə olunan film :)

P. S. Deyəsən , evlilik düşündüyünüz qədər çətin deyil, daha çətindir :)

Filmdən yadda qalan sitatlar :

Mən nəsə səhv edəndə xanımımdan üzr istəyirəm. O nəsə səhv edəndə yenə mən üzr istəyirəm.

Uğurlu bir evlilik üçün sevginin yetərli olduğunu deyirlər. Əgər belə olsaydı, heç vaxt səhv başa düşmələr, mübahisələr  , ya da boşanmalar olmazdı.

Sadəcə axmaq biri evliliyi asan qəbul edə bilər. Çünki evliliyin özündən çox yan təsirləri təhlükəlidir.

Əlində hansısa çarə yoxdursa ən yaxşısı problemdən uzaq durmaqdır.

Xoşbəxt evliliyin sirri bəyaz yalanlardır.

İş kişilərçün bəhanədir. İşdən qaçma bəhanəsi.

Daha çoxuna sahib olmaq istədiyimizdə çox vaxt sahib olduqlarımızı da itiririk.


Uğurlu bir evlilikçün hansısa strategiya yoxdur.

Filmdən bütün musiqiləri aşağıdakı linkdən dinləyə bilərsiniz :

https://www.youtube.com/watch?v=fIcOgTQ43Rg