19 Ağustos 2015 Çarşamba

Kaminey (Yaramazlar)

Keçdiyimiz həftə “Kaminey” öz 6 yaşını qeyd etdi.Filmə baxanadək Şahid Kapurun nə vaxtsa əkiz rolunu oynadığını bilmirdim :)

Vişal Bhardveyin filmində Şahid Kapurla yanaşı baş rolda Priyanka Çopra da çəkilib.

Film atalarının ölümündən sonra bir-birilə bütün əlaqələrini kəsən iki əkiz qardaşın hekayəsindən bəhs edir. İllər sonra onları yenidən  qarşılaşdıracaq şey  də elə əkiz olmaları olacaq… Ya da ikisinin də “pis adam”larla əlaqədə olması ...

Çarli pulu rahat  qazanmaq üçün hər yola üz tutmağa hazırdır və o ən ən qısa, həm də ən təhlükəli yolu seçir. Quddu isə gələcəyi üçün pillə-pillə planlar hazırlayıb. Amma işlər istədiyi kimi getmir və o illər sonraya düşünsə də sevgilisi  Sweety ilə  evlənməli olur. Özü də, məhz toy günü  xəbər tutur ki, gəlini təhlükəli təhlükəli siyasətçilərdən olan Sunil Bhopun bacısı imiş :)

Və beləcə iki qardaş eyni təhlükənin düz mərkəzinə düşürlər. Çarli isə seçim etməlidir, qardaşı ,  yoxsa asan qazanılmış çirkli pullar ?

Filmdən yadda qalan sitatlar :

Tez pul qazanmağın iki yolu var : Kəsdirmə yol və daha kəsdirmə yol.

Bəzilərimiz zamanla dəyişir, bəzilərimizsə zamanın özünü dəyişdirir.

Dalğanın əksinə üzənlər heç vaxt geri qayıtmazlar.








Hiç yorum yok:

Yorum Gönder