5 Mayıs 2017 Cuma

Bütün zamanların əfsanə serialı "Friends" və serial haqda bilmədiyiniz bəzi faktlar :)

Son postda “13 reasons why “ kimi yeni və üstəlik kifayət qədər ağır bir mövzulu seriala olan maraqdan anladım ki, bizim gənclər xarici serialları , daha doğrusu həqiqətən diqqətəlayiq xarici serialları izləməyi sevir. Beləcə qərara gəldim ki, hər həftə   sevərək izlədiyim bir xarici serial haqda fikirlərimi sizlə də bölüşəm :)


Mən “Black Mirror” , “Doctor who” , Game Of Thrones , “The walking dead “ , “Pretty little liars” , “The X files”  və adını unutduğum daha neçə serial izlə(mişəm)yirəm və istəyirəm bu adları oxuyarkən heç nə düşünməyəsiniz . Çünki hər bir serial haqda heç də oxşar olmayan təəssüratlarım var və də heç biri bu postun serial deyil :)



Düşündüm  və  belə nəticəyə gəldim ki, sizlə ilk olaraq (daha doğrusu bu ikinci sayılır) əfsanə  bir serial haqda danışım - əlbəttə ki , “Friends” . Xatırlayırsınız , ölkəmizdə xarici dilli serialların qadağan olunmasına qədər  Lider telekanalında tez-tez rus dublajı ilə “Dostlar” nümayiş olunurdu. Mənim də bu seriala məhəbbətim  məhz o dövrdən yaranıb-yeniyətməlikdən :)  İllər sonra original səslərlə serial başdan ayağa izlədikdə isə aldığım zövqü ifadə edə bilmərəm məncə. Kaş ki, bitməsəydi. Ya da heç olmasa 10 yox, 11 ya 12 mövsüm davam edəydi :( Amma olacağa çarə yoxdur. “Friends”  bitdi…



Serial haqda ümumi məlumatlara gələndə isə , sitcom janrındadır. (Situation comedy- Komediya janrının bir qoludur ) 1994-2004-ci illər aralığında davam edib ,  ümumi tam olaraq 236 seriyası yayımlanıb.



Serialın 6 əsas qəhrəmaı var : Ross , onun kiçik bacısı Monica  , Monicanın qapı qonşusu və Rossun  universitet dostu Chandler , Chandlerin ev yoldaşı  Joey , Monicanın bir məktəbdə oxuduğu və Rossun  nakam sevgisi olan ( :D ) , üstəlik ilk bölümdə pat deyə gəlinlik paltarında peyda olan Rachel  və bu cür bağları olmasa belə serialın ən əyləncəli xarakterlərindən biri olan Phoebe ! :) 





Anlayacağınız kimi, bu 6 şəxs dostdurlar və bu qrupun  əsas toplaşma yerləri də ya Monica ilə Chandler&Joey  ikilisinin evləri , ya Central Perk deyə çox belə isti və səmimi görünən   kafe olur.







Serialın 10 il davam etməsilə eyni zamanda aktyor heyəti də yaşlanıb və süjet xəttləri də, hadisələr də  buna uyğun olaraq irəliləyib :) Mən düşünürəm ki, 10 sezon boyunca hər sezonda tam fərqli adama bənzəyən  xarakter məhz Chandler olub ( aktyor içki və müalicələrə görə aldığı müalicələr səbəbindən gah arıqlamış, gah normal, gah da bir az dolu formada qarşımıza  çıxıb) və iddia edirəm ,  müqayisə  oluna biləcəyi seriallar içində 10 sezon boyunca zirvəyə qalxan və elə  zirvədə də izləyicilərinə vida edən tək serialdır “Friends”… 10-cu sezon hər bölümündə ən çox güldüyüm sezondur .



“Dostlar”ın ən maraqlı özəlliklərindən biri ara-sıra Hollywoodun çooox məşhur simalarının qonaq rollar kimi qarşınıza çıxmasıdır.
Sadəcə bəziləri :



İstəyirəm sizə serial haqda bəzi maraqlı faktları da çatdırım : (Bu son deyil )

-Serialın Joey-I Matt LeBlanc ilk bölümə çəkilənə qədər onun çox az pulu olub və ilk qazancına etdiyi ilk şey özünə isti yemək almaq olub.




-Courtney Cox (yəni Monica) əslində Rachel obrazını oynayacaqdı , amma kəşf etdilər ki, bu qız Monica olmalıdır.



-İlk başlarda serialın əsas cütlüyü kimi Joey və Monicanı yazmışdılar , lakin sonra hər şey dəyişdi . Rachel və Ross isə ssenaridə yox idi, ssenaristlər aralarındakı kimyanı çox bəyənib bu səmtə doğru getdilər.






-Sevimlimi Guntherin 2-ci sezonun ortasına qədər ümumiyyətlə adı belə yox idi. Aktyor əvvəllər Hollywood Coffe Shopda çalışıb, bu rolda olmasına səbəb isə Espresso maşınından sadəcə onun istifadə edə bilməsi olub.




-Serial  heyətinin gəlirləri ilk sezonda 1 bölümçün  22.500 dollar olsa  da , 9 və 10-cu sezonlar üçün bu qiymət 1 milyon dollar qədər qalxıb.(pulun qaldırılması üçün rəsmən 6-ı da boykot etmişdilər :D )




-Phoebe və Chandler əslində ikinci dərəcəli xarakterlər olmalı idi.


-Ssenaristlər Chandleri (Matthew Perry)  gey etmək istəyirdi. (Zavallı Chandler, 10 il boyunca onsuz da özünü güclə təmizə çıxardı ) (Lisa Kudrow(Phoebe) ssenarini ilk dəfə oxuyanda o dab u rolun gey olduğunu düşünmüşdü)




-Deyilənə görə Courtney Cox  keçmiş həyat yoldaşı David Arquette ilə bu serialda tanış olmuşdu (  Malcolm obrazı ). Onlar evləndikdən sonrakı ilk bölümdə serialın bütün komandası hədiyyə kimi   adlarının sonuna “Arquette” soyadını  yazmışdılar.  İkili bir yerdə Scream film seriyasında da yer alıblar.Bu arada Courtney Cox , real həyatında da məhz Monica kimi ana olmaq üçün illərlə əlləşib .




-Phoebe isə hamilə olduğu bölümlərdə həqiqətən də öz oğluna hamilə idi. Aktrisa həm də əkiz bacısı Ursulanı da canlandırırdı ki, Ursula özü başqa bir serialın da qəhrəmanı idi.
Courtney Coxun hamiləliyi isə əksinə, gizlədilmişdi.




-Bu 6 obraz üçün əvvəlcə tamam başqa adlar düşünülmüşdü və nə yaxşı ki, son variant məhz belə olub  :) (Məsələn : Phoebe üçün  Ellen DeGeneres və Rachel üçün Tea Leoni yenə nisbətən uyğun hesab oluna bilərdi digərlərinə baxanda :) )




-Serialın az qala simvollarından sayılan ağ it isə əslində Jenniferə aid idi, aktirsaya dostu tərəfindən hədiyyə idi.




-Marceli əslində 2 meymun canlandırıb :) Obrazların heyvanlarla arası yaxşı olsa da , aktyorlara eyni şeyi aid etmək olmaz, məsələn Lisa ördəklərdən qorxurmuş. Üstəlik aktrisa gitarada ifa etməyi də güclə öyrənibmiş :) ( Smelly Cat ,Smelly Cat...)




-Serialda bəzi xarakterləri canlandıran aktyorları fərqli rollarda görə bilərsiniz . Məsələn Joeyin meneceri Estelle Benin doğumundakı tibb bacısı ilə eyni aktrisadır.




-Serialın adı üçün əvvəlki variantlar “İnsomnia Cafe” , “Friends like us “, “Six of one “ olub . Sonra  isə belə short&cool adda qərarlaşıblar.




-Matthew Perrynin atası bölümlərin birində rol alıb (Daha özünüz tapın :P )


-Aktrisa Jennifer Anistonun atası John real həyatda “Days of our lives” serialındakı rollardan birini canlandırıb.

-Serialın on bölümünün rejissoru David (Ross) olub.




Maraqlı faktlardan bu qədər. Bilirəm ki, çox uzun oldu post , amma hələ də sıxılmamısınızsa oxumağa davam edin :)

Friends sadəcə vaxtınızı xoş və gülərək keçirmək üçün bir vasitə deyil, həqiqətən kifayət qədər sosial mesajlı bir serialdır. Bütün seriyalarda baş verən hadisələr demək olar ki, oxşar formada qarşımıza çıxan və ya çıxa biləcək  olaylardır. Obrazlar da az qala öz dostumuza çevriləcək qədər doğmalaşır zaman sonra (Düzü , obrazların oxşarları da hamımızın həyatında var ). 10 sezon bəlkə də sizə , həyatınızda nələr baş verirsə versin , dostlarınızın yanında olmalı olduğunuzu öyrədəcək,  bəzən ailə dediyiniz insanlar üçün ən inanılmaz şeyləri etməyi (Phoebe) , hər zaman, ən son vəziyyətdə belə arzuların ardınca getməyi (Joey ) , başına hansı travmatik olaylar gəlirsə gəlsin, bütün problemlərə zarafatlarla yanaşmağı (Chandler ) , həqiqi sevgindən  heç vaxt vaz geçməməyi (Ross ) , nə qədər iddialı olsan belə həyatda bəzi şeylərində sənin əlində olmadığını (Monica ) və bir gün öz ayaqların üstündə müstəqil yaşamağın  gələcəyin üçün necə önəmli olduğunu (Rachel) öyrədəcək…



“Friends” öz janrının məktəbini keçə biləcək bir serialdır və mən hələ də izləməmisinizə şiddətlə başlamağınızı tövsiyə edirəm. Başlayanlar, bilirəm ki, siz sona qədər davam edəcəksiniz, artıq bitirənlər isə yəqin ki, elə mənim kimi, serial bir neçə dəfə izləyiblər və hələ də davam edirlər :)




Üstəlik sizə izləməyiniz üçün çox uyğun bir səbəb də deyim ki,  bir bölüm cəmi 20-25 dəq aralığında davam edir , amma az qala  saat yarımlıq bir filmin aurasını verir sizə :)


Uzun sözün qısası , izləyin, izlətdirin :)




Serialı artıq izləmiş olanlar , sizinçünsə aşağıdakı linklə maraqlı bir test qoyuram , özünüzü yoxlayın və nəticənizi bölüşün :)

https://onedio.com/haber/sadece-gercek-friends-fanlarinin-basarili-olabilecegi-bu-testte-15-10-yapabilecek-misin-758359