23 Ocak 2016 Cumartesi

We are family (Biz bir ailəyik)

"My name is Khan"dan sonra belə Kajolun  hind film sektorunda ən yaxşı ana obrazımı yaratdığına tərəddüd edənlər varsa, onlar mütləq "We are family"-ə baxmalıdırlar.

Prodüserliyi  Karan və Hiro Yash Johara aid olan film Gigi Levangienin əsərinin motivləri əsasında , 1998-ci ildə Chris Columbusun ərsəyə gətirdiyi "Ögey ana" filminin remake-idir. Dram  janrında olan filmdə baş rollarda Kajoldan (Maya)  başqa Arjun Rampal (Aman) və Kareena Kapoor Khan(Shreya)  yer alıb.

Maya və Aman artıq bir neçə ildir ki, ayrılmış olsalar da  hər ikisi  3 övladının daima yanında olmağa və onlara yaxşı valideyn olmağa çalışırlar. Amma bu sakit ailə münasibətləri Amanın nişanlısı- Shreyanın onların həyatına daxil olması ilə pozulur.

Maya öz qırılmış qəlbini unudaraq nə qədər atalarının başqa qadınla münasibətlərini qəbul etməyən uşaqlarını sakitləşdirməyə çalışsa da, elə uşaqlarına görə də  keçmiş həyat yoldaşının sevdiyi qadınla problemlər yaşamağa başlayır...

Həm də, hər şey bir tərəfə, hansı ana özü varkən uşaqlarının başqa qadınla yaxınlaşmalarını istəyər ki ?

Lakin həyat Maya ilə elə bir oyun oynayır ki, onun son ümidi Shreya olur və onu özü evinə gətirir. Hər gün uşaqları üçün yemək hazırladığı mətbəxinə, uşaqlarının həyatının düz mərkəzinə...

Əgər film izləyərkən  göz yaşlarınıza təslim olmağı sevmirsinizsə, bəri başdan filmdən uzaq olmağınız məsləhətdir :)

Filmi izlərkən bir ananın övladları üçün edə biləcəklərinin sərhədləri olmadığına əmin olacaqsınız...

Filmdən yadda qalan sitatlar :

Bəzən böyüklər qəribə davranır. Onlar onu çox sevən bir insanla birlikdə yaşaya bilmirlər.

Həyatda illərin yerinə anları saymağı öyrənməlisən.










21 Ocak 2016 Perşembe

Kai Po Che ! (Həyatımın üç səhvi)

Sushant Singh Rajputu tanımaq adıyla izlədim mən bu filmi və heç peşman deyiləm :)

Film mənə ara sıra "Rang de Basanti"ni xatırlatdı... Anladığınız kimi, film 3 oğlanın dostluq hekayəsi üzərinə qurulub... Amma dostluq deyib keçməyin. Filmdə  bu 3 oğlanın münasibəti o qədər saf, o qədər səmimi, o qədər içdən formada təsvir edilib ki, bəzi səhnələrdə həm rejissor Abishek Kapoorun həm də filmin baş rol aktyorlarının istedadını dəyərləndirməmək olmur...Yeri gəlmişkən, "Kai Po Che"də Sushantdan  (İshaan) başqa Rajkummar Rao (Govind) və Aamit Sadh(Omkar)  da əsas rollarda yer alıb. Film Chetan Bhagatın "Həyatımın 3 səhvi" novellasının motivləri əsasında çəkilib və filmin adı da elə əsərin adı kimi tərcümə olunur :)

İshaan köhnə kriket oyunçusudur. O dostları ilə belə qərara gəlir ki, bu oyun növünə aid bir mağaza açsınlar. Dostu Govindin hesablamaları, araşdırmaları və Ominin öz siyasət adamı olan dayısından borc alması ilə 3 dost bu arzularını həyata keçirirlər , hətta bununla yetinməyib  böyük mərkəzlərin birində yer icarə edirlər və daha böyük bir mağaza açırlar...

Hər şeyin yaxşı getdiyini düşünərkən, qəflətən zəlzələ baş verir və 3 gəncin bütün xəyalları da o zəlzələdə dağılır... Filmdə dostların zəlzələ anında qaça-qaça üçünündə mağazalarına gəlməsi səhnəsi filmin ən ağır səhnələrindən idi fikrimcə...

Zəlzələdən sonra öz istedadlı tələbəsini, onun ailəsini  qorumağa çalışan İshaanla artıq dayısının siyasi partiyasının əsas adamına çevrilən Omi az qala düşmənə çevrilirlər.. Səbəbsə İshaanın sevimli tələbəsinin düşmən partiyadan olanların övladı  olması olur... Bu olaylar o qədər dərinə gedir ki, köhnə dostlar özlərini qanlı bir savaşın ortasında tapırlar... Biri qisas almaq üçün, biri qorumaq üçün, biri isə sadəcə dostuna kömək eləmək üçün orda olur...

Filmin uzun müddət təsirində qala biləcəyiniz bir sonluğu var. Sevgi səhnələri isə yox dərəcəsindədir ,  zatən sonda o sevginin də açığa çıxması dostlardan birini belindən dəyən zərbə kimi incidir...

Qısası, filmi izləməyiniz tövsiyyə edilir. Özəlliklə də "Rang de Basanti" tipli filmləri sevirsinizsə , mütləq izləyin :)

Filmi türkcə altyazılı izləmək üçün link :
http://www.hintfilmiizle.com/kai-po-che-2013.html
Filmi rusca izləmək üçün link :
http://indiankino.net/news/tri_oshibki_moej_zhizni/2014-08-11-1050









5 Ocak 2016 Salı

Wake Up Sid (Oyan, Sid)

Rejissor olaraq Ayan Mukherjeenin ilk filmi :)

“Wake Up Sid” illərdir atasının puluyla heç bir əyləncədən qalmayan, tənbəl, demək olar ki, əlindən heç bir iş gəlməyən Siddharth adlı bir gəncin hekayəsidir. Sid(Ranbir Kapoor) bir gün Aisha (Konkana Sen Sharma) ilə rastlaşır və onlar dostlaşırlar. Amma hətta Bombaya özünə yeni həyat qurmaq , pul qazanmaq, karyera qurmaq üçün gələn Aisha belə onun xarakterini dəyişə bilmir.


Hər şeyin pik nöqtəsi isə Sidin kolleci bitimək üçün verdiyi imtahandan kəsilməsi olur. Atası ilə dalaşan Sid evi tərk edir və Aishanın kirayə mənzilinə köçür. Bununla da onlar arasında Sidin məsuliyyətsizliyi ücbatından olan şeylərə görə davalar başlayır. Təkcə davalar yox, Aisha anlayır ki, hələ böyümədiyini düşündüyü bu “uşağa” qarşı tamam başqa şeylər hiss etməyə başlayıb.





Amma nələrsə dəyişməlidir , Sid nə vaxta qədər belə davam edə bilər ki ? :)

Və dəyişir də :)

Ranbir Kapoorun ən uğurlu filmlərindən biri(bəlkə də elə birincisi) hesab olunsa da, vizyonda çox yaxşı gəlir toplasa da, səmimi bir film olsa da, ,haqqında çox yaxşı rəylər oxusam da, düzü, mən “Wake Up Sid”-i sevə bilmədim J Bilmirəm, filmdə nəsə çatışmırdı sanki, ya da sanki səmimi bir iş ortaya çıxsın deyə çox sıradanlaşdırmışdılar hər şeyi…


Amma istənilən halda, bu mənim fikrimdir, siz izləyərək filmi çox bəyənə bilərsiniz :)