23 Ocak 2016 Cumartesi

We are family (Biz bir ailəyik)

"My name is Khan"dan sonra belə Kajolun  hind film sektorunda ən yaxşı ana obrazımı yaratdığına tərəddüd edənlər varsa, onlar mütləq "We are family"-ə baxmalıdırlar.

Prodüserliyi  Karan və Hiro Yash Johara aid olan film Gigi Levangienin əsərinin motivləri əsasında , 1998-ci ildə Chris Columbusun ərsəyə gətirdiyi "Ögey ana" filminin remake-idir. Dram  janrında olan filmdə baş rollarda Kajoldan (Maya)  başqa Arjun Rampal (Aman) və Kareena Kapoor Khan(Shreya)  yer alıb.

Maya və Aman artıq bir neçə ildir ki, ayrılmış olsalar da  hər ikisi  3 övladının daima yanında olmağa və onlara yaxşı valideyn olmağa çalışırlar. Amma bu sakit ailə münasibətləri Amanın nişanlısı- Shreyanın onların həyatına daxil olması ilə pozulur.

Maya öz qırılmış qəlbini unudaraq nə qədər atalarının başqa qadınla münasibətlərini qəbul etməyən uşaqlarını sakitləşdirməyə çalışsa da, elə uşaqlarına görə də  keçmiş həyat yoldaşının sevdiyi qadınla problemlər yaşamağa başlayır...

Həm də, hər şey bir tərəfə, hansı ana özü varkən uşaqlarının başqa qadınla yaxınlaşmalarını istəyər ki ?

Lakin həyat Maya ilə elə bir oyun oynayır ki, onun son ümidi Shreya olur və onu özü evinə gətirir. Hər gün uşaqları üçün yemək hazırladığı mətbəxinə, uşaqlarının həyatının düz mərkəzinə...

Əgər film izləyərkən  göz yaşlarınıza təslim olmağı sevmirsinizsə, bəri başdan filmdən uzaq olmağınız məsləhətdir :)

Filmi izlərkən bir ananın övladları üçün edə biləcəklərinin sərhədləri olmadığına əmin olacaqsınız...

Filmdən yadda qalan sitatlar :

Bəzən böyüklər qəribə davranır. Onlar onu çox sevən bir insanla birlikdə yaşaya bilmirlər.

Həyatda illərin yerinə anları saymağı öyrənməlisən.










Hiç yorum yok:

Yorum Gönder