21 Ocak 2016 Perşembe

Kai Po Che ! (Həyatımın üç səhvi)

Sushant Singh Rajputu tanımaq adıyla izlədim mən bu filmi və heç peşman deyiləm :)

Film mənə ara sıra "Rang de Basanti"ni xatırlatdı... Anladığınız kimi, film 3 oğlanın dostluq hekayəsi üzərinə qurulub... Amma dostluq deyib keçməyin. Filmdə  bu 3 oğlanın münasibəti o qədər saf, o qədər səmimi, o qədər içdən formada təsvir edilib ki, bəzi səhnələrdə həm rejissor Abishek Kapoorun həm də filmin baş rol aktyorlarının istedadını dəyərləndirməmək olmur...Yeri gəlmişkən, "Kai Po Che"də Sushantdan  (İshaan) başqa Rajkummar Rao (Govind) və Aamit Sadh(Omkar)  da əsas rollarda yer alıb. Film Chetan Bhagatın "Həyatımın 3 səhvi" novellasının motivləri əsasında çəkilib və filmin adı da elə əsərin adı kimi tərcümə olunur :)

İshaan köhnə kriket oyunçusudur. O dostları ilə belə qərara gəlir ki, bu oyun növünə aid bir mağaza açsınlar. Dostu Govindin hesablamaları, araşdırmaları və Ominin öz siyasət adamı olan dayısından borc alması ilə 3 dost bu arzularını həyata keçirirlər , hətta bununla yetinməyib  böyük mərkəzlərin birində yer icarə edirlər və daha böyük bir mağaza açırlar...

Hər şeyin yaxşı getdiyini düşünərkən, qəflətən zəlzələ baş verir və 3 gəncin bütün xəyalları da o zəlzələdə dağılır... Filmdə dostların zəlzələ anında qaça-qaça üçünündə mağazalarına gəlməsi səhnəsi filmin ən ağır səhnələrindən idi fikrimcə...

Zəlzələdən sonra öz istedadlı tələbəsini, onun ailəsini  qorumağa çalışan İshaanla artıq dayısının siyasi partiyasının əsas adamına çevrilən Omi az qala düşmənə çevrilirlər.. Səbəbsə İshaanın sevimli tələbəsinin düşmən partiyadan olanların övladı  olması olur... Bu olaylar o qədər dərinə gedir ki, köhnə dostlar özlərini qanlı bir savaşın ortasında tapırlar... Biri qisas almaq üçün, biri qorumaq üçün, biri isə sadəcə dostuna kömək eləmək üçün orda olur...

Filmin uzun müddət təsirində qala biləcəyiniz bir sonluğu var. Sevgi səhnələri isə yox dərəcəsindədir ,  zatən sonda o sevginin də açığa çıxması dostlardan birini belindən dəyən zərbə kimi incidir...

Qısası, filmi izləməyiniz tövsiyyə edilir. Özəlliklə də "Rang de Basanti" tipli filmləri sevirsinizsə , mütləq izləyin :)

Filmi türkcə altyazılı izləmək üçün link :
http://www.hintfilmiizle.com/kai-po-che-2013.html
Filmi rusca izləmək üçün link :
http://indiankino.net/news/tri_oshibki_moej_zhizni/2014-08-11-1050









Hiç yorum yok:

Yorum Gönder