30 Kasım 2016 Çarşamba

Wazir-Vəzir (Və ya məğlubiyyətin qələbəsi)

Hind film sektorunda son illərin ən maraqlı kriminal trillerindən hesab olunan, 2016-cı ilin ilk hiti və şübhəsiz ki, bizə bir daha “Bollywood həqiqətən də dəyişir!” dedirdəcək, gözlənilməz bir sonluğa malik film!

Bu gün “Wazir”-dən danışırıq :)


Rejissorluğu Bejoy Nambiara, ssenarisi isə “3 axmaq”, “PK” kimi iddialı filmlərə imza atan Abhijat Joshi və Vidhu Vinad Chopraya aid filmin baş rollarını hind filminin usta adı Amitabh Bachchan, sadəcə istedadlı aktyor deyil , həm də kifayət qədər iddialı filmlərin rejissoru və prodüseri olan Farhan Akhtar və Bollywoodun yeni , həm də bacarıqlı aktrisalarından olan Aditi Rao Hydari bölüşüb.

Baş rollar bir kənara, film adını daşıdığı “Vəzir” obrazı Neil Nitin Mukeshin canlandırmasıyla sözün əsl mənasında möhtəşəm idi! Qonaq aktyorlar isə az qala hind filmində bir ənənəyə çevrilib ki , “Vəzir”də bu John Abraham idi.

Amma mən sonda şəxsən bu qənaətə gəldim ki , filmdəki hər kəs Amitabh Bachchanın yanında sönük qalıb :) Aktyorun yaşına uyğun və bu cür dərin rollarda iştirak etməsi əsil hind film izləyicəsinə zövq verməyə bilməz

Filmin adından mövzunun şahmatla əlaqəsi olduğunu anlamış olarsınız. Amitabh Bachchanın məharətlə öhdəsindən gəldiyi Pandit Omkar peşəkar şahmat ustasıdır. Filmdəki əsas hadisələr yaşlı, şikəst müəllimin onun kimi çox sevdiyi qızını itirmiş polis Danish Aliylə rastlaşması, daha doğrusu ona hekayəsini danışmasıyla başlayır.



Həyatda hər şeyini itirmiş bir ata olan Panditin tək yaşama səbəbi qızının intiqamını almaqdır. Amma həm təhlükəli , həm də güclü insanları ittiham etmək qorxuludur və bunlar mütləq öz nəticəsini göstərir. Danishin qısa zamanda ən yaxın dostuna çevrilmiş, ona şahmatı, hər gedişində də həyatın özünü öyrədən bu qocanın daha ciddi təhlükədə olması artıq onu da daha böyük addımlar atmağa məcbur edir.

Əgər məndən bu filmi iki cümləylə ifadə etməyimi istəsəydilər , belə deyərdim: Bu bütün ümidlərini itirmiş bir adamın son oyununda son gedişiylə məğlub olmasıdır. Amma yalnız o, özü bilirdi ki, bu məğlubiyyət həyatının ən böyük qələbəsi olacaq…



İzləyicilər həyatda cəsarətdən başqa hər şeyini itirmiş bu qocanın son gedişini biləndə çox təəccüblənəcəklər.

Film məni şahmat oynamağı hələ də öyrənmədiyimə görə bir daha utandırmağı da bacardı :)

P . S. Xoş izləmələr :)

Filmin traileri :

https://www.youtube.com/watch?v=gdwM7xKOph0


16 Kasım 2016 Çarşamba

PK (PeeKaay)

2014-cü ilin milad ərəfəsində vizyona girən “PK”  hind film sektorunun gəlmiş keçmiş ən çox qazanan  hind filmi hesab olunur .  Aamir Khanın növbəti filmi “Dangal”-ın  hələ dekabrda vizyona  girəcəyini nəzərə alsaq ,“PK”-ı aktyorun hələ ki , son filmi hesab etmək olar J   

Filmin rejissoru sevərək izlədiyimiz “3 idiots”-u ərsəyə gətirən adam- Rajkumar Hiranidir. Əsas rollarda- PK rolunda Aaamir Khan , journalist Jaggu  rolunda Anushka Sharma yer alıb. Bundan başqa filmdə Sushant Singh Rajput , Sanjay Dutt və Boman İrani kimi adlar da iştirak edib ki , mən şəxsən Sanjay Duttı ilk dəfə belə ampulada görürdüm . Boman İraninin yer aldığı qısa epizodları da çox sevdiyimi deməliyəm J

“PK” elmi fantastiK film olmaqla  yanaşı həm də satirik janrdadır.  Filmin hekayəsi  başqa planetdən olan birinin  siqnal ötürücüsünün ( hansı ki, bu onun öz doğma planetinə qaytara biləcək tək vasitəsidir) Yerdə rastlaşdığı ilk insan tərəfindən  oğurlanması ilə başlayır.  Planetimizdəki heç bir insanın dilini bilməyən, hərəkətlərinə anlam verə bilməyən qəhrəmanımız  öz ötürücüsünü axtarmağa başlayır. Kömək umduğu hər kəs isə  “Sənə yalnız Tanrı kömək edə bilər “ deyib  onu başından edir.  Belə ötürücü axtarışı ikinci plana keçir və Tanrı axtarışları başlayır.

PK ( yeri gəlmişkən, bu adı da ona hindistanlılar qoyur. Hərəkətlərinə görə onu “PeeKay”- sərxoş çağırmağa başlayırlar) dinlərin fərqli qaydaları arasında çaş-baş qalarkən  hər vasitəyə əl atır. Tanrı onu görsün deyə başına sarı kaska taxır, hər yerdə  “Tanrı axtarılır “ başlıqlı kağızlar paylayır. Hər şey onun Juddu adlı journalist qızla tanışlığı ilə yeni anlam qazanır. İndi onlar ikisi də, bir-birinin həyatını kökündən dəyişəcəklər.

Bəs görəsən PK öz planetinə qayıda biləcəkmi ?
“PK” daim rastınıza çıxan hind filmləri kimi deyil. Fərqli  süjetli və hadisələri bir-birinə peşəkarca bağlı olan film sizi  başdan sonra maraqdan məhrum etməyəcək. 
Maraqlisi odur ki, baş qəhrəmanın Tanrı axtarışları elə baş verir ki, o Yerdəki insanların çox vaxt heç düşünmədiyi sualları verməyə başlayır. Film sanki PK-ın   suallarını sizin  də cavablamağınızı istəyir.

“Hansınızsa hindu , hansınızsa müsəlmansınız… Göstərin mənə, axı sizi fərqləndirən nişanlar hardadır ?  Siz, insanlar ,  bir-birinizi fərqləndirirsiniz, Tanrı yox… Elə sizin planetin də ən böyük “yalnış nömrə”si budur. “
PK  insanların hisslərindən, köməksizliyindən, qorxularından  istifadə edilərək onlara yalanla sırınan şeyləri “yalnış nömrə “ adlandırır. Filmə baxdıqdan sonra öz həyatınızda rastınıza çıxan “yalnış nömrə”ləri də daha rahat anlamış olacaqsınız J
Yalanların deyilmədiyi bir planetdən gələn PK  izləyi üçün əslində tam saf və tərəfsiz mövqe sərgiləyir.  O, bütün yalanları ən primitiv  sübutlarla ifşa edir. İzləyici istər-istəməz hadisələrin fonunda təkrar-təkrar düşünməyə məcbur olur.

Filmin 2 saat yarımlıq olması gözünüzü qorxuda bilər J Amma heç tərəddüd etmədən filmi , məsələn, həftə sonu proqramınıza daxil edə bilərsiniz. Peşman olmayacaqsınız J