2014-cü ilin milad ərəfəsində
vizyona girən “PK” hind film sektorunun
gəlmiş keçmiş ən çox qazanan hind filmi
hesab olunur . Aamir Khanın növbəti
filmi “Dangal”-ın hələ dekabrda
vizyona girəcəyini nəzərə alsaq ,“PK”-ı
aktyorun hələ ki , son filmi hesab etmək olar J
Filmin rejissoru sevərək izlədiyimiz
“3 idiots”-u ərsəyə gətirən adam- Rajkumar Hiranidir. Əsas rollarda- PK rolunda
Aaamir Khan , journalist Jaggu rolunda
Anushka Sharma yer alıb. Bundan başqa filmdə Sushant Singh Rajput , Sanjay Dutt
və Boman İrani kimi adlar da iştirak edib ki , mən şəxsən Sanjay Duttı ilk dəfə
belə ampulada görürdüm . Boman İraninin yer aldığı qısa epizodları da çox
sevdiyimi deməliyəm J
PK ( yeri gəlmişkən, bu adı da ona
hindistanlılar qoyur. Hərəkətlərinə görə onu “PeeKay”- sərxoş çağırmağa
başlayırlar) dinlərin fərqli qaydaları arasında çaş-baş qalarkən hər vasitəyə əl atır. Tanrı onu görsün deyə
başına sarı kaska taxır, hər yerdə
“Tanrı axtarılır “ başlıqlı kağızlar paylayır. Hər şey onun Juddu adlı
journalist qızla tanışlığı ilə yeni anlam qazanır. İndi onlar ikisi də,
bir-birinin həyatını kökündən dəyişəcəklər.
Bəs görəsən PK öz planetinə qayıda
biləcəkmi ?
“PK” daim rastınıza çıxan hind filmləri
kimi deyil. Fərqli süjetli və hadisələri
bir-birinə peşəkarca bağlı olan film sizi
başdan sonra maraqdan məhrum etməyəcək.
Maraqlisi odur ki, baş qəhrəmanın
Tanrı axtarışları elə baş verir ki, o Yerdəki insanların çox vaxt heç düşünmədiyi
sualları verməyə başlayır. Film sanki PK-ın
suallarını sizin də
cavablamağınızı istəyir.
“Hansınızsa hindu , hansınızsa müsəlmansınız…
Göstərin mənə, axı sizi fərqləndirən nişanlar hardadır ? Siz, insanlar , bir-birinizi fərqləndirirsiniz, Tanrı yox… Elə
sizin planetin də ən böyük “yalnış nömrə”si budur. “
PK
insanların hisslərindən, köməksizliyindən, qorxularından istifadə edilərək onlara yalanla sırınan şeyləri
“yalnış nömrə “ adlandırır. Filmə baxdıqdan sonra öz həyatınızda rastınıza
çıxan “yalnış nömrə”ləri də daha rahat anlamış olacaqsınız J
Yalanların deyilmədiyi bir planetdən
gələn PK izləyi üçün əslində tam saf və
tərəfsiz mövqe sərgiləyir. O, bütün
yalanları ən primitiv sübutlarla ifşa
edir. İzləyici istər-istəməz hadisələrin fonunda təkrar-təkrar düşünməyə məcbur
olur.
Filmin 2 saat yarımlıq olması
gözünüzü qorxuda bilər J Amma heç tərəddüd etmədən filmi , məsələn, həftə
sonu proqramınıza daxil edə bilərsiniz. Peşman olmayacaqsınız J
Hiç yorum yok:
Yorum Gönder