23 Eylül 2015 Çarşamba

Mausam ( Mövsümlər)

4 il öncə məhz bu gün  Pankac Kapurun  baş rollarında  Sonam Kaoorla Shahid Kapoorun çəkildiyi, romatik dram janrında olan Mausam-Mövsümlər vizyona girmişdi... :)
Blogu açandan bu günə özümə şərt qoymuşam ki, mütləq ara-sıra fərqli üslubu olan filmlərə də müraciət edəcəyəm . Ki, bu da o filmlərdəndəndir :) Mausam-ın tamam başqa aurası var , özəlliklə filmin Hindistan xaricində çəkilən səhnələri sakitliyi, fərqli dili ilə seyircisini öz dünyasından alıb aparır sanki.
Filmdəki rəqs səhnələri də çox diqqətçəkici alınıb məncə. Xüsusilə də Sonamla Shahidin rəqsini əminəm ki, siz də bəyənəcəksiniz :)
Filmin əsas sujet xətti 1992-ci ildən 2002-ci ilədək baş verən hadisələr üzərində cərəyan edir.. Bunlara Bombey qiyamları, Bombeyin bombalanması, Kargil müharibəsi, 9/11 hücumu və Qodra qiyamları kkmi hadisələr də aiddir. Bütün bunlar bütün  ağrıları ilə öz əksini filmdə də tapıb...
Harri (Shahid) pəncablı , cavan və yaraşıqlı oğlan, Aayat isə kaşmirli, gənc və gözəl qızdır.Onlar hələ 92-ci ildə bir-birinə aşiq olmuşdular. Amma iş elə gətirir ki, Aayat dayısı və xalası ilə birgə şəhəri tərk etməli olur. Harri də Hind Hava Qüvvələrinə qoşulur... Və 7 il sonra onlar Şotlandiyada yenidən rastlaşırlar. Evlənməklərinə hazırlıq görərkən Kaşmirdə vəziyyət pisləşir və Harri təcili Hindistana-müharibəyə çağırılır.
Beləcə ağır illər başlayır. O illər ki, Aayat Harrini həlak olmuş, Harri isə Aayatı artıq ailə qurmuş bilir.
Hindistanın faciəli günləri isə bitmir. Qodra qiyamları vaxtı canını qurtarmaqçün qaçan Aayatı indi kimsə xilas eləməlidir, o təhlükədədir...

Filmdən yadda qalan sitatlar :

Bizə əziz birini itirəndə dünya artıq çox kiçik görünür.

Yerdən və səmadan uzaqda... Orda ki, səndən və məndən başqa heç kim yoxdur. Zaman yoxdur... Orda sadəcə bir hiss var... Səninlə mənim aramda.

Filmin bütün musiqilərini aşağıdakı linkdən dinləyə bilərsiniz :)

https://m.youtube.com/watch?v=Cu35A5WHjiw











13 Eylül 2015 Pazar

JTHJ-nı KKHH-dən üstün tutanlara :)

Bayaq türk səhifələrinin birində anket gördüm. Jab tak hai jaan yoxsa Kuch kuch hota hai ? Dəhşətlisi bilirsiz nədir ? Rəylərin əksəriyyəti JTHJ-ı seçmişdi , filmi əfsanə zad adlandıranlar var idi. Rəylərin nə qədəri də özümüzkülərə aid idi...
Bir dəfəlik bu məsələ haqda fikrimi bildirəcəm.
Əslondə bu iki filmi müqayisə eləmək mənasızdır. KKHH-in olduğu siyahıda belə yer ala bilməz o film. Səbəbləri izah edim.
1. Mövzu.
Özünüzdən soruşun, JTHJ sizə nə verdi ? Nə öyrətdi ?
2. Sujet xətti.
Avropa təhsili almış, dünyagörüşlü və ağıllı bir qız elə bilir ki, "İsa" duaları(şərtləri)na görə sevdiyini incidəcək və onu atır. Bəli, atır. Öz axmaq düşüncələrinə görə. Belə düşüncə olar ? Film bütün bu düşüncənin üzərində qurulub özü də...
3. Baş roldakı aktrisalar. Anuşka Şarma bir tərəfə hələ. (Ki, əslində onun aktrisalığı belə nə Ranininki, nə də Kajolunku ilə müqayisə edilə bilməz. Amma nəisə.) Katrina Kaifi necə Kajoldan, Ranidən üstün tutmaq olar ? Mən sırf Bollywood səhifəsi idarə edirəm deyə, Katrina haqda da məlumatlar paylaşıram səhifədə. Yoxsa ki, mən Katrinanı aktrisa hesab etmirəm. Bu xanım bunu bacarmır. Bu gedişlə də bacarmayacaq. Hind aktrisanı necə emosiyalarsız, dəlisovluqsuz və passiv təsəvvür etmək olar axı ? Bu yaxınlarda "Bang bang " filmini izlədim. Ümidlərdim vardı ki, bəlkə bu filmdə yarıtmış ola. Bəlkə də bilmirsiniz, "Bang bang "Tom Kruzla Kameron Diazın baş rollarında çəkildiyi "Gecə-gündüz" filminin remake-idir. Yəni Katrinanın eləməli olduğu sadəcə Kameronun "ağzını əymək" idi. Amma, inanın ki , bacarmayıb. Hətta uyuşmuş halındakı yaratdığı o guya şıltaq qız belə alınmayıb. Tamam , gözəl qızdır, əla bədəni var, super rəqs edir, amma o bütün bunlarla belə Kajolun çatma qaşlarıyla, Raninin balaca boyu ilə elədiklərinin 1 faizini belə bacarmayıb. Təkrar edirəm, aktrisa olaraq.
4. Hind dəyərlərinə hörmət.
KKHH-də sevgisini  belə etiraf edə bilməyən Anjali var... Ölüm ayağında qızına ən yaxşı analıq edəcək Anjalini seçən Tina var...Qızını özü böyüdən Rahul var...JTHJ-da nə var ? Min dənə hoqqadan çıxan iki sevgili, övladını başqa kişiyə görə atan ana və  dəisovluğu ilə sərhədini bir xeyli aşan jurnalist qız... Ən pisi odur ki, JTHJ bunu elə təqdim edir ki, sanki belə də olmalıdır , bu normaldır. Normal deyil yoldaşlar, hind filmi hind dəyərlərinə hörmət eləməlidir.

Siyahını bir az daha uzatmağa davam edərdim, amma xeyri yoxdur. Mən insanların JTHJ sevgisi qarşısında acizəm :)

1 Eylül 2015 Salı

Anjaam (Kapriz-Şıltaqlıq)

Filmfare tarixində ilk ən yaxşı mənfi rol mükafatı məhz Shahrukh Khana verilib. Özü də məhz “Anjaam”-dakı  Vidjay Agnihotra obrazına görə :)

1994-cü ildə Rahul Ram tərəfindən çəkilmiş film triller və dram janrındadır. Filmdə Shahrukh Khanın tərəf müqavili  stüardessa olan Shivani Chopranı canlandıran Madhuri Dixitdir.

Əvvəlcə şıltaq bir sevgi kimi görünən  Vidjayın hissləri  Şivaninin  ailə qurduğunu öyrənməsiylə qorxulu bir kabusa çevrilir.
Shivani isə onu heç vaxt sevməyib, hətta ondan zəhləsi belə gedir. Yeni ailəsi ilə 4 il Londonda yaşadıqdan sonra o, yenidən Hindistana qayıdır və Vidjay yenidən  onunla rastlaşır. Amma Vidjay başa düşür ki, heç nə bitməyib, bu dəfə o, Shivaninin bircə sevgi etirafını eşitməkçün hər şeyə hazırdır. Hətta “sevdiyi” qadının  bütün həyatını yerlə bir etməyə belə…

Ancaq bu həyatda hər şeyini itirmiş bir qadından daha təhlükəli və daha qorxusuz nə ola bilər ki ?

Bu istər sevgi olsun, istərsə də Shivaninin dediyi kimi sadəcə kapriz… Amma bu hekayənin sonu  onların ikisi üçün də xoş olmayacaq.

Bunu da yazmadan keçə bilməyəcəyəm :) Mənə görə Bollywood filmləri içində ən yaddaqalan sonluqlardan biri məhz “Anjaam”-a aiddir :)

Filmdən yaddaqalan sitatlar :

Hər kəsin problemi üçün hansısa çarə var : Əngəllilər üçün baxım evləri, dəlilər üçün dəlixanalar. 
Amma axmaqlara çarə yoxdur və sən axmaqsan.

Bir qadın  sevdiyi kimi nifrət də edə bilər, yaşam verə bilirsə onu sonlandıra da bilər.

Mənim yaşamağım sənin ölməyindən daha vacib deyil.

Filmdə səslənən bütün musiqiləri aşağıdakı linkdən dinləyə bilərsiniz :

https://www.youtube.com/watch?v=OKXYIKJVnPc