23 Eylül 2015 Çarşamba

Mausam ( Mövsümlər)

4 il öncə məhz bu gün  Pankac Kapurun  baş rollarında  Sonam Kaoorla Shahid Kapoorun çəkildiyi, romatik dram janrında olan Mausam-Mövsümlər vizyona girmişdi... :)
Blogu açandan bu günə özümə şərt qoymuşam ki, mütləq ara-sıra fərqli üslubu olan filmlərə də müraciət edəcəyəm . Ki, bu da o filmlərdəndəndir :) Mausam-ın tamam başqa aurası var , özəlliklə filmin Hindistan xaricində çəkilən səhnələri sakitliyi, fərqli dili ilə seyircisini öz dünyasından alıb aparır sanki.
Filmdəki rəqs səhnələri də çox diqqətçəkici alınıb məncə. Xüsusilə də Sonamla Shahidin rəqsini əminəm ki, siz də bəyənəcəksiniz :)
Filmin əsas sujet xətti 1992-ci ildən 2002-ci ilədək baş verən hadisələr üzərində cərəyan edir.. Bunlara Bombey qiyamları, Bombeyin bombalanması, Kargil müharibəsi, 9/11 hücumu və Qodra qiyamları kkmi hadisələr də aiddir. Bütün bunlar bütün  ağrıları ilə öz əksini filmdə də tapıb...
Harri (Shahid) pəncablı , cavan və yaraşıqlı oğlan, Aayat isə kaşmirli, gənc və gözəl qızdır.Onlar hələ 92-ci ildə bir-birinə aşiq olmuşdular. Amma iş elə gətirir ki, Aayat dayısı və xalası ilə birgə şəhəri tərk etməli olur. Harri də Hind Hava Qüvvələrinə qoşulur... Və 7 il sonra onlar Şotlandiyada yenidən rastlaşırlar. Evlənməklərinə hazırlıq görərkən Kaşmirdə vəziyyət pisləşir və Harri təcili Hindistana-müharibəyə çağırılır.
Beləcə ağır illər başlayır. O illər ki, Aayat Harrini həlak olmuş, Harri isə Aayatı artıq ailə qurmuş bilir.
Hindistanın faciəli günləri isə bitmir. Qodra qiyamları vaxtı canını qurtarmaqçün qaçan Aayatı indi kimsə xilas eləməlidir, o təhlükədədir...

Filmdən yadda qalan sitatlar :

Bizə əziz birini itirəndə dünya artıq çox kiçik görünür.

Yerdən və səmadan uzaqda... Orda ki, səndən və məndən başqa heç kim yoxdur. Zaman yoxdur... Orda sadəcə bir hiss var... Səninlə mənim aramda.

Filmin bütün musiqilərini aşağıdakı linkdən dinləyə bilərsiniz :)

https://m.youtube.com/watch?v=Cu35A5WHjiw











Hiç yorum yok:

Yorum Gönder