Hazırda bu blogda yazarkən ən çox araşdırma
apardığım, ən çox vaxtımı alan və məni ən
çox yoran postu oxuyursunuz, ümid edirəm, bəyənərsiniz :)
Bu gün məşhur “Hallowen” gününün gəlişi
münasibətilə sizinlə ən məşhur qorxu film seriyaları haqda danışmaq istəyirəm,
hər zamanki kimi yenə də nəzərinizə çatdırım ki, bu sadəcə mənim sıralamamdır və
elə özüm də burda olmayan , amma olmağa layiq daha bir neçə bu tip film
seriyalarının olduğundan xəbərdaram. Amma, nə olar ki, ömrümüz uzun olsun , gələn
il mən yeni siyahı yazaram, siz də oxuyarsınız :)
Başlayaq :)
“Final destination” (“Son dayanacaq”)
- Rejissor James Wong sayəsində qorxu filmləri arasına girməyi bacaran
seriyanın ilk nümunəsi 2000-ci ildə izləyicisiylə görüşdü(Sonrakılar
2003,2006,2009,2011- ümumi 5 film). Başda məşhur “X Files” serialının bölümləri
üçün kiçik hekayə olsa da New Line Cinema sayəsində film oldu və oxşar
ssenarilərdən yorulmuş tamaşaçı yeni və original ideya ilə üzləşdi.
Bu dəfə hekayənin “pis adamı” deyə bir obraz yoxdur, qəhrəmanların axırına çıxan ölümün (başqa sözlə-Əzrayılın) özüdür. Bəs əgər ölüm səninçün gəlibsə ondan qaçmaq , onu aldatmaq , ondan yayınmaq olarmı ? Gündəlik həyatda istifadə etdiyimiz hər şey – maşın yolları , su , qaz plitəsi , həkim müayinələri – hər şey ölüm sırası gəlmiş qurbanın “təsadüfi faciə”yə qurban getməsinə kömək edəcək .
İzləyicilərçün seriyanın ilk filmi nə qədər özəl olsa da , tənqidçilərin ən çox bəyəndiyi 2011-ci ildə çəkilmiş 5-ci film olmuşdu. Ümumiyyətlə , “Final destination “ janrına görə iddialı iş olmağı bacarmasa da , sırf ideya və fərqlilik baxımından izləyici kütləsi üçün xüsusi yerdə durmağı bacarıb.
Bu dəfə hekayənin “pis adamı” deyə bir obraz yoxdur, qəhrəmanların axırına çıxan ölümün (başqa sözlə-Əzrayılın) özüdür. Bəs əgər ölüm səninçün gəlibsə ondan qaçmaq , onu aldatmaq , ondan yayınmaq olarmı ? Gündəlik həyatda istifadə etdiyimiz hər şey – maşın yolları , su , qaz plitəsi , həkim müayinələri – hər şey ölüm sırası gəlmiş qurbanın “təsadüfi faciə”yə qurban getməsinə kömək edəcək .
İzləyicilərçün seriyanın ilk filmi nə qədər özəl olsa da , tənqidçilərin ən çox bəyəndiyi 2011-ci ildə çəkilmiş 5-ci film olmuşdu. Ümumiyyətlə , “Final destination “ janrına görə iddialı iş olmağı bacarmasa da , sırf ideya və fərqlilik baxımından izləyici kütləsi üçün xüsusi yerdə durmağı bacarıb.
Seriyanın davamının gəlməyəcəyi
deyilib. Amma “Saw” (“Mişar”) seriyası üçün də eynisi deyilməmişdimi
? :) Elə isə qoy növbəti seriyamız da “Saw” olsun :)
Bu gün 8-ci filmi , “Jigsaw”-u izləmişkən,
qısaca yeni film haqda məlumat verim,
trailerdən sonra filmdən zatən yüksək gözləntilərim yox idi , hələ o gözləntilər
kölgəsində filmi yetəri qədər bəyəndiyimi deyə bilərəm – axı , hər şeyə rəğmən
bu əfsanənin qayıdışı idi ! :) Filmi izləsəniz , əfsanə deyərkən sadəcə onun
özünü nəzərdə tutmadığımı anlayacaqsınız, sonlara yaxın sürpriz bir şok var :)
Velosiped sürərək, qurbanlarının
yanına gələn o unudulmaz kukla , o şedevr soundtrack və də Jigsaw üçün həqiqətən
darıxıbmışam … Gedin , izləyin , amma yanınızda
azyaşlı uşaqları aparmayın , əksinə siz də bu gün mənim Cinema Plus
zalında gördüyüm pis vəziyyəti qınayın …
Böyüklərin belə neçə_neçə səhnəsini sıxılaraq , güclə izlədiyi bir filmin
nümayişinə bu qədər azyaşlı necə buraxıla bilər axı ?!
Nəisə. 8-cisi arasına yeni qoşulan
seriyanın sözsüz ki, ən bəyənilən filmi
birincisi idi, ilk izləyişimi
xatırlayıram , necə qarışıq
duyğularla baxdığım “Saw ” sonluğunda
yaşadıqlarımı unutmaqsa mümkün deyil ! :)
Şəxsən bir qorxu filmi fanatı kimi ,
filmin mistik, fövqəl-təbii ünsürlərdən uzaq olması mənimçün onun üstünlüyü idi , eləysə izləyicini
qorxutmaqçün ən ideal yol nə qalır ? Təbii
ki, şiddət . Bəs əgər bu şiddət sadəcə hansısa günahın cəzasını ödəməkçün
qurulmuş tələnin nəticəsidirsə və sağ qalmaq üçün mütləq bir yol varsa ? Maraqlıdır ? Elə isə, oyun başlasın ! :)
Sıradakı o əcaib və artıq klassikləşmiş maskanı həyatımıza
əbədi “urcah edən” “Scream “(“Çığırtı”)
seriyasıdır :) Həm izləyicilərin , həm də tənqidçilərin çox bəyəndiyi, 1990-cı
ildə Wes Cravenin rejissorluğu ilə izlədiyimiz
ilk filmdə naməlum bir şəxs insanlara zəng
vurub onlara filmlər haqda suallar verir, sonra da onları qurbanına çevirirdi. Əsl hədəfi isə Neve Campbellin canlandırdığı qız idi. Film
seriyasında həm də “Friends” serialının
Monicası Courtney Cox və onun hazırda
ayrılmış olduğu həyat yoldaşı David Arquette də yer alıb.
Wes Craven 90-larda durğunluq yaşayan slasher janrını ( izah verim , loru dillə desək , filmdəki bütün gənclərin bir-bir öldürülməsi) canlandırmaqla qalmadı , həm də elə qorxu janrında çəkdiyi filmin özüylə bu janra sətraltı lağ belə etməyi bacardı.
Wes Craven 90-larda durğunluq yaşayan slasher janrını ( izah verim , loru dillə desək , filmdəki bütün gənclərin bir-bir öldürülməsi) canlandırmaqla qalmadı , həm də elə qorxu janrında çəkdiyi filmin özüylə bu janra sətraltı lağ belə etməyi bacardı.
Çox tərəddüd etdikdən sonra , öz
feminist aurasıyla , şiddət və təcavüz səhnələriylə çox danışılan , tənqidçilərin
yerdən-yerə vurduğu “ I spit on your grave “ (“Məzarına tüpürəcəyəm”) üçlüsünü (2012,2013,2015) də əlavə etməyi qərara
aldım. İlk film 78-ci ilin “Day of the Woman” filminin yenidən rejissor Steven
R. Monroe tərəfindən canlandırılması idi
və Almaniya , Norveç , Avstraliya kimi
ölkələrdə qadağan edilmişdi. Filmin ilk
yarısındakı təcavüz səhnələrində yaxın çəkimlərdən istifadə olunmuşdusa da ,
ikinci yarıdakı intiqam səhnələrində rejissor
daha görünən səhnələrə yer
vermişdi. İlk filmdə ərazinin şerif rəisi və ən önəmlisi – zəka qüsurlu
Matthewun da “pis iş”lərə qoşulması əslində izləyici üçün əxlaqi dəyərləndirmələrin
qarşı-qarşıya qoyulması idi. Bütün tənqidlərə, vizyon uğursuzluqlarına rəğmən ,
üçlüyün ilk iki filmini məncə ən yaxşı
intiqam mövzulu filmlər sırasına daxil
etmək olar. Amma əgər izləyəcəksinizsə , əvvəlcədən özünüzü bol-bol ağır səhnəyə
hazır edin…
Modern qorxu janrında yeni bir cığır
açan “Paranormal activity” seriyasının 6
filmindən (2007, 2010,2011,2012,2014,2015) heç olmasa birini aramızda izləməmiş olan
varmı , görəsən ? Oren Pelinin tamaşaçı ilə ilk görüşə gələn filmini tənqidçilər də çox bəyənmişdilər , vizyonda da
yetəri qədər uğurlu olmuşdu. Fövqəltəbii hadisələrin sanki gizli mühafizə kamerasıyla çəkilməsi –yeni
və uğurlu ideya oldu. Ailələri evlərində izləyən , qorxudan və də öldürən görünməz
qatil … Ya da bunların arxasında bir qatil axtarmaq olarmı ? Seriyanın qorxutma
işini də əla bacardığını inkar edə bilmərik :)
Qorxu filmləri haqda danışanda yada düşən qəhrəmanları - Hannibal Lecterı , Michael Myersı, Freddy
Kruegeri, Jasonu unudacağımımı düşündünüz ? :) Hansının film seriyasından
başlayaq ? İçlərindən ən çox insana bənzəyəni seçək –Hannibal Lecter .
Niyə “insana bənzəyən ” ? Çünki nə
kitablarda , nə də filmlərdə törətdiyi dəhşətli
cinayətləri , insan ətindən yeməklər bişirib qonaqlıqlarda servis etməyi kimi vərdişləri sayəsində heç kimin ona insan deməyə
dili gəlmir. Amma heç nə möhtəşəm zəkaya və təsir etmə qabiliyyətinə sahib olan
Lecterin “cool”luğundan əskiltməyi bacarmayıb :)
Kitablardan danışmışkən , 4 filmdən
ibarət olan seriya Thomas Harrisin eyni adlı kitablarının motivləri əsasında çəkilib.
Filmlər kitabların yayınlanma ardıcıllığında deyillər.
“Red Dragon” yazıldı :1981. Filmi :
2002.
“The Silence of Lambs” yazıldı : 1988. Filmi : 1991.
“Hanniba”l yazıldı :1999. Filmi :2001.
Seriyanın ilk və unudulmaz filmi “Quzuların
səssizliyi “ ABŞ-da 60-cı illərdən bəri artmaqda olan seriya qatillər mövzusuna
ən maraqlı və də uğurlu yanaşmalardan biri idi. Bu qatillər sadəcə insanları qətl
etdiklərinə görə yox , cinayətlərindən sonra qurbanlarında izlər qoyduqlarına,
az qala öz cinayət istiqamətlərini, tərzlərini yaratdıqlarına görə məşhurlaşırdılar
və bu tip hadisələr FBI üçün də
yeni düşüncə istiqamətləri tələb edirdi.
İlk filmdə kişi həmkarlarının arasında yalnız qalmış , dərin
xarakterli , tez incinən ruha sahib olan qadın xarakterinin – Clarke Starlingin
ön planda olması dönəmin filmləri üçün yenilik idi. Onun digər əsas obraz-
Hanniballa görüşmə dialoqları ( film
boyu 4 dəfə görüşürlər) nə qədər uzaq olsa da , sıxıcılıqdan uzaq idi, hətta
Joodie Fosterə Oscarı məhz o dialoqların birini gətirdiyini düşünürəm :)
Oscarlardan danışmışkən , “The
silence of lambs” “Exorcist” və “Jaws”-dan sonra “ən yaxşı film “ nominasiyasında qalib gəlməklə
qalmadı , qorxu janrında olan filmlər
arasında 5 əsas Oscar mükafatını alan tək film oldu (Ən yaxşı
film, ən yaxşı aktyor, ən yaxşı aktrisa, ən yaxşı rejissor , ən yaxşı ekran
adaptasiyası. Bu arada , bu janrda ən yaxşı film adını Oscarda alan son və dördüncü film , hələ ki, “Altıncı
hiss”-dir).
Çoox sevdiyim Anthony Hopkinsin obrazını yaradarkən yaxın çəkimlərdə gözlərini demək olar qırpmaması , mimikalardan
istifadə etməməyə çalışması nəzərinizdən qaçmayıb ki ? Fikrimcə, yalnız bu qədər
işini bilən komandanın bir arada olması və bu qədər keyfiyyətli ssenari bu cür
uğurlu işi ortaya çıxara bilərdi…
“Hannibal “ filmində isə Joodieni
J.Moore əvəz etmişdi və onun sonluğunda Lecterin Scarletə olan jesti
ilə , məncə, bir daha bu obrazın niyə qorxu janrında bu qədər fərqli yerinin olması
aydın oldu.
Seriyanın son filmini tənqidçilər bəyənməsə
də , Hannibalın gəncliyini canlandıran aktyorun işi yüksək qiymətləndirilmişdi.
Üstəlik , 2013-2015-ci illər aralığında yuxarıda adını çəkdiyim kitablara əsasən
tv-də “Hannibal” serial da çəkildi ki, vaxt tapan
kimi onun haqqında da yazmağa
çalışacağam.
Estafeti verək Freddy-ə. Ümumiyyətlə
bu da daxil olmaqla , sıradakı 3 film teen slasher janrının əjdahalarıdır deyə bilərik. Hər 3 filmin ümumi bir məqsədi var idi :
Cığırından çıxmış (nigahdan kənar əlaqələr, içki, narkotik və.s) amerikan gəncinə dərs vermək. Bəli, bəli, bu 3
film ciddi mühafizəkar quruluşa sahib idi
və o günün gəncinə , valideyninə çox saylı göndərmələri var idi. Bunun ən əsas nümunəsi isə “Friday the 13th” seriyası idi ki,
o haqda daha sonra.
“The Nightmare on Elm Street” (“Elm küçəsinin dəhşətləri”)
illər öncə 200-dən artıq uşağa qarşı
istismar mühakiməsindən məhkəmədə
azad olan , lakin buna baxmayaraq ,həmin uşaqların valideynləri tərəfindən
diri-diri yandırılaraq cəzalandırılan baxça işçisi Freddynin o valideynlərin
uşaqlarının yuxularına intiqam almaq üçün geri qayıtmasından bəhs edir…
Bir , iki, Freddy sənin üçün gəlir…
İki , üç, yaxşısı qapını bağla…
Beş, altı, xaçını oğurlayacaq…
Yeddi, səkkiz, gec olana qədər oyaq qal…
Seriyanın ilk filmi çoxunuzun
sevimlisi Johnny Deppin debüt filmidir . Bu seriyanın da əsasını illər sonra insanların “Scream” sayəsində daha
da sevəcəyi rejissor wes Craven qoyub. Yəqin ki, xəbəriniz yoxdur , Craven
ssenarisini o vaxt yeni yaranan New Line
Cinemaya aparana qədər bütün çəkiliş
şirkətləri ondan imtina etmişdi :)
İlk filmin əsas qəhrəmanı boşanmış valideynləri , “avara” dostları və “pis” sevgilisi olan Nancy Thompson idi.
Zatən Freddynin niyə gəldiyini ilk anlayan da o olur və onunla təkbaşına mübarizəyə girişir. Filmin sonluğunu da çox bəyənmişdim.
Sual yarana bilər ? Valideynlər
günah törədirlərsə , niyə uşaqları cəzalanır ? Yəni, ailələr uşaqlarını
qorumaqçün ən böyük pisliyi edirlər , yəni , ən böyük bisliyi elə öz övladlarına edirlər ? Valideyn-övlad yanaşması həm də Freddy və anası ilə bağlı da fərqlidir. Belə ki, Freddy rahibə
olan anasına ruhi problemləri olan
çoxsaylı kişinin təcavüzü nəticəsində dünyaya gəlir(Rahibədən dünyaya gələn
mifik şeytan paradoksu). Əslində , bununla yenə dönəmin ən əsas problemlərindən
birinə- nigahdan kənar doğulan uşaqlara və onların yaşadıqlarına işarə edilir. Yoxsa , öldürülən gənclər həm də
rahibənin başına gələnlərə görə cavab verir ? Amma yenə , bütün bunlar arxa
plana salınaraq önə çəkilən sətiraltı
sloqanlar bunlardır : Əgər sən ölkəni mühafizəkar ruhdan uzaqlaşdırmağa çalışsan,
nigahdan kənar əlaqələrə, narkotikə, içkiyə qurşansan , cəzalanacaqsan !
Valideyn , övladına nəzarət etməsən, o sənin
səhvini ölümlə ödəyəcək…
Maraqlı daha bir detalsa yuxulardır…
Psixologiyada yuxuların insanların şüuraltındakı
istəklərə çatma vasitəsi olduğu deyilir (“yuxunda görərsən” məsəli , bir növ realda əlin çatmayana ,
yuxunda çata bilər , deməkdir ). Amma
bizim seriyamızda isə yuxu sadəcə qurban olan gənclərin çıxa bilmədiyi (oyana bilmədiyi ) və zəif nöqtələrindən
asanlıqla istifadə oluna biləcək bir fəza kimi təqdim edilir.
Seriyanın filmlərindəki çoxsaylı
dini simvollar (rahibə, xaç, müqəddəs su
və.s) günahlar və onların cəzası aspektindən dini baxışla da gənclərə etdiklərinin
günah olduqlarını, cəzalandırılacaqlarını mesaj vermək funksiyası daşıyır.
Ümumi 9 film var. Onlardan birində də ,
sanki Freddy azmış kimi , bir də Michael Myers var :) .“Freddy’s Nightmares”
adıyla isə 1988-90-cı illərdə tv serial çəkilmişdi.
Köhnə rus dublajı ilə filmləri izləyəndə
əcaib zövq alıram , amma “Friday the 13th”
seriyasından əsla ! Niyə ? Çünki yuxarıda vurğuladığım amerikan gəncinə drəs
vermək məqsədini bir az şişirdiblər və o qınadıqları pis vərdişləri bir-başa gözə
salmaq üçün belə həddən çox açıq səhnələr salıblar … Demək olar seriyanın bütün
filmlərində bu var. Sanki “baxın , belə şeylər edirsiniz , gözünüzü yaxşı açın
, bax ,bax ,bunlara görə öləcəksiniz!” deyərmiş kimi :))
Seriyanın ilk filmi 1980-ci ildə
rejissor Sean S. Cunnigham tərəfindən çəkilib.
Çox uğurlu səs effektləri (təbiətdən
gələn səslər , epikləşmiş “kill kill kill ha ha ha” ), sakit və yavaş irəliləyən çəkiliş, saysız hesabsız cinayət səhnələrində yaxın plan çəkimindən istifadə , ilinə görə çox peşəkar formada işləyən qrim və makyaj ustaları filmin uğuruna əsaslı qatqı ediblər.
Hekayə isə əslində çox klassikdir.
Bu film seriyası sayəsində çox məşhurlaşmış film məkanı olaraq yadda qalan
Crystal Lake-də 57-ci ildə 11 yaşlı bir oğlan uşağı- Jason boğulur, onun anası
buna görə ərazidəki düşərgədə olan gənclərin səhlənkarlıqda ittiham edir və
onları öldürür, illərlə bağlı olan ərazi
79-cu ildə yenidən açılır və olanları önəmsəməyən gənclər yenidən bu düşərgəyə
gəlirlər.
“Cümə günü , Ayın 13-ü” “yolunu azmış” amerikan gənclərinin
castingini apararkən xüsusi olaraq
tanınmamış, çox sadə, bir-birinə oxşayan gənc simalar seçib.
70-80-ci illər qorxu filmləri
arasında qətllərin qatilin gözüylə görülməsi
uğurlu çəkiliş üslubu sayılırdı ki, burda da əksərən ona əməl
olunub. Aramla irəliləyən ilk filmdə
sona qədər qatilin kimliyi sual altında
qalırsa , növbəti filmdə artıq qurbanlar kimdən qaçdıqlarının fərqindədirlər.
Rejissor , qorxu filmlərinə xas
olmayan yeniliyi ilə də yadda qalıb.
Seriyanın ilk qurbanı açıq havada ,gündüz vaxtı qətl edilir , üstəlik
Cunnighamın xüsusi olaraq gecə zülmətindən qaçdığı da sezilir, daim mütləq
hardasa bir işıq kölgəsi belə olsa var. Daha bir fərqli cəhət də filmdə əlvan rənglərdən bol-bol istifadə
olunmasıdır (Gənclərin geyimlərində belə).
Ümumilikdə fərqli rejissorların çəkdiyi 12 film yer alan
seriyanın davamı gələcəyi haqda elə bu ay
söz-söhbət yayıldı. Hər halda , xəbər təsdiqini tapsa , Faduniyadan öyrənəcəksiniz :)
Daha bir gəncliyə xitab filmi :) və
bir John Carpenter əfsanəsi…
Filmin baş rollarında o vaxt hələ heç bir filmdə yer almamış Jamie Lee Curtis Laurie rolu ilə və Donald Pleasence Dr.Sam rolu ilə yer alıb. “Psycho” filminin baş rol aktrisası Janet Leighin qızı olan Jamie filmə görə cəmi 8000, D.P isə cəmi 20000 dollar qonorar almışdı.Buna baxmayaraq 325 min büdcəlik film vizyonda təkcə Amerikada 47 milyondan çox qazanmışdı.
İlk filmin məntiq səhvlərinin az olmamasına, çox az büdcəsinə rəğmən seriya qatil mövzulu filmlərin bir növ “ata”sı sayılır. Üstəlik 1978-ci ildə vizyona girmiş bu filmlə ilk dəfə qatilin super güclərinin olması , ölümsüz olması ideyasının yaranmasını demək olar. Burda da cinayət səhnələri dönəmin uğurlu qorxu nümunələri kimi qatilin gözüylə görülür. Qeyd edim ki, senzuradan keçə bilmək üçün səhnələrdə minimum qan görmək olar. Ümumiyyətlə, vəhşət səhnələri mahiyyət etibarilə sırf qurbanların baxışlarından və üz mimikalarından anlaşılır. Fərqli rejissorlara aid olan növbəti 7 davam filmində isə artıq daha çox qan, daha çox şiddət səhnəsi görmək mümkündür ( davam filmlərindən əlavə Michael Myers obrazı haqda 2 daha əlavə film də çəkilib).
Filmin baş rollarında o vaxt hələ heç bir filmdə yer almamış Jamie Lee Curtis Laurie rolu ilə və Donald Pleasence Dr.Sam rolu ilə yer alıb. “Psycho” filminin baş rol aktrisası Janet Leighin qızı olan Jamie filmə görə cəmi 8000, D.P isə cəmi 20000 dollar qonorar almışdı.Buna baxmayaraq 325 min büdcəlik film vizyonda təkcə Amerikada 47 milyondan çox qazanmışdı.
İlk filmin məntiq səhvlərinin az olmamasına, çox az büdcəsinə rəğmən seriya qatil mövzulu filmlərin bir növ “ata”sı sayılır. Üstəlik 1978-ci ildə vizyona girmiş bu filmlə ilk dəfə qatilin super güclərinin olması , ölümsüz olması ideyasının yaranmasını demək olar. Burda da cinayət səhnələri dönəmin uğurlu qorxu nümunələri kimi qatilin gözüylə görülür. Qeyd edim ki, senzuradan keçə bilmək üçün səhnələrdə minimum qan görmək olar. Ümumiyyətlə, vəhşət səhnələri mahiyyət etibarilə sırf qurbanların baxışlarından və üz mimikalarından anlaşılır. Fərqli rejissorlara aid olan növbəti 7 davam filmində isə artıq daha çox qan, daha çox şiddət səhnəsi görmək mümkündür ( davam filmlərindən əlavə Michael Myers obrazı haqda 2 daha əlavə film də çəkilib).
Hekayəyə gələndə, 6 yaşında ikən , 1963-cü ildə , Michael Myers
adlı balaca öz bacısını sevgilisiylə görüb ( yenə ir yoldan çıxmış gənc görürük
burda , gülməli səslənsə də , vəziyyət belədir yəni :) )onu bıçaqlayaraq
öldürür , 15 il sonra isə saxlandığı
ruhi xəstəxanadan qaçır və Laurieni təqib
etməyə başlayır (Michaelin hardasa peyda olub qızı izlədiyi , sonra birdən birə
yox olduğu səhnələr… Çox əladır). Paralel olaraq , Myersin həkimi Dr. Sam
Loomis (Bu ad Psycho-dakı obrazlardan
birinin adıdır, ümumiyyətlə ilk filmdə
adını çəkdiyim əfsanə filmə dair rejissorun sevgi və hörmətini ifadə edən
bir neçə göndərmə var) xəstəsinin axtarışına çıxır. Mexaniki öldürü onun paltarını geyinən və
üzünə də əcaib ağ maska taxmış Michael
isə Laurieni öldürmək qərarındadır. Bəs
niyə ? Niyəsini filmi izləyəndə biləcəksiniz :)
Nəyinki ilk filmdə, bütün seriya
boyu “Pislik öldürülə bilməz” fikri hakimdir (eynən Jason, Freddydə olduğu
kimi). Əgər Michael pisliyi, şeytanı tərənnüm edirsə , Laurie tam əksi ,
saflığı ifadə edir. Amma özünü müdafiə səhnələrində bəlli olur ki, qurban olmaq
bəzən məzlumu qatil olmağa aparır.
Ya da Michael niyə öz bacısını
öldürmüşdü ? 6 yaşlı uşaq üçün böyük
bacını öldürmək əxlaq dəyərlərini bərqərar etmək demək idi , ya mühafizəkar cəmiyyətin istəyi idi ?
Ümumiyyətlə də, “Hallowen” seriyasında da , digər maska taxan və normal insan üzü görünməyən “pis adam”lar olan qorxu filmlərində bu “adam”lar təmiz cəzalandırma sistemini ifadə edirlər, yəni, zatən onun insane olması lazım deyil , o günahkarı cəzalandıracaq qüvvədir. Bu tip bütün filmlərdə də adət halını almış saf və təmiz bir qurban qızın sona qədər mübarizə aparıb sağ qalması olayı yaşanır ( qorxu filmi qaydalarına əsasən o qızlar həmişə sağ qalmalıdır, “pis iş” görənlər ölməlidir) , lakin bu yaşamaq savaşından sağ çıxarkən filmi izləyəcək gənclik də o qız timsalında başına nələr gələ biləcəyini anlamalı və dərs çıxarmalıdır.
Ümumiyyətlə də, “Hallowen” seriyasında da , digər maska taxan və normal insan üzü görünməyən “pis adam”lar olan qorxu filmlərində bu “adam”lar təmiz cəzalandırma sistemini ifadə edirlər, yəni, zatən onun insane olması lazım deyil , o günahkarı cəzalandıracaq qüvvədir. Bu tip bütün filmlərdə də adət halını almış saf və təmiz bir qurban qızın sona qədər mübarizə aparıb sağ qalması olayı yaşanır ( qorxu filmi qaydalarına əsasən o qızlar həmişə sağ qalmalıdır, “pis iş” görənlər ölməlidir) , lakin bu yaşamaq savaşından sağ çıxarkən filmi izləyəcək gənclik də o qız timsalında başına nələr gələ biləcəyini anlamalı və dərs çıxarmalıdır.
Musiqisini
belə çox sevdiyim “Halloween” gələn il qayıdır , özü də Jamie Lee Curtislə ! :)
Bu dəfəlik bu
qədər , dostlar, bu qədər uzun yazımı bura qədər səbrlə oxuduğunuza görə hər
birinizə təşəkkür edirəm , gələn yazıda görüşərik ! :)
P.S. Bəs sizin sevimli qorxu filmi seriyanız hansıdır ? :)