Salam, yoldaşlar ! :)
Çox təəssüflə əvvəlcə qeyd edim ki, son hind sərgisi haqda olan yazım hələ də bilmədiyim səbəblərə görə blogumdan silinmişdi. Çox əziyyətli başa gəlmişdi halbuki. Amma xoşbəxtlikdən o sərgi sonuncu olmadı, oktyabrın 1-indən hindistanlı mal sahibləri Amay Ticarət Mərkəzindədirlər artıq və sərgi hələ ayın 18-inə kimi də davam edəcək :)
Başlayaq sərgidə satılan məhsullardan :)
Mebeldən, xalçadan tutmuş dırnaq boyasına kimi hər şey var. Hind geyimləri, sarelər, şallar, çantalar, ayaqqabılar, hər növ zinət əşyaları, şamdanlar, zınqırovlar, xınalar, tüstü çubuqları, əl işləri olan qablar və qutular, dekorativ əşyalar, ətirlər, baxım və makyaj vasitələri və çox güman yazarkən unutduğum digər şeylər :)
Mənə görə məhsul baxımından əvvəlki sərgilərdən daha zəngindir hazırki baş tutan sərgi.
Və əsas məsələ : qiymətlər ! :))
Qiymətlər heç də ucuz deyil, hətta əvvəlki sərgilərdə hər şeydə ciddi endirimlər etmiş biri olaraq baha da deyə bilərəm. Amma bir-iki şeyi mütləq yadda saxlayın :
1,Ora daxil olan kimi həyəcanlanacaqsınız, bir anlıq sizə heç lazım olmayacaq şeylər belə gözünüzə elə görünəcək ki, onlara pul vermək istəyəcəksiniz. Odur ki, diqqətli olun. Bir manat belə xərcləyərkən özünüzdən soruşun , bu sizə lazımdır, ya yox ? :) (mən bu səhvi hətta bu gün də etdim, siz etməyin ! :) )
2.Fərz edək ki, daxil olandan sonra çoxdan axtardığınız , arzuladığınız nəyisə tapdınız. Dərhal almayın. Onlarla stend var, hər birinə yaxınlaşın. Çəkinmədən qiymətləri öyrənin. Nə qədər endirim edəcəklərini soruşun. Hətta hind sahibkarla belə danışa bilərsiniz. Rus dilini hamısı, doğma dilimizi isə təxminən yarısı anlayır :)
Sonda müqayisə edin və hardan nəyi alacağınıza qərar verin.
3. Zinət əşyaları, çanta və şal alarkən diqqətli olun. Bəzilərini bizim ticarət mərkəzlərində asanlıqla tapmaq olar.(Hind istehsalı olmadıqlarına görə)
4. Yeyinti, xına, kosmetika və ya baxım məhsulu alanda diqqətlə son istifadə müddətinə baxın.
Keçən sərgilərdən fərqli olaraq bu dəfə uzun taxta qablar-tüstü qutuları yoxdur.
Yenə də 3-5 manat arası pul xərcləyərək elə ordaca əlinizə hindistanlı xanım tərəfindən xına vurdura bilərsiniz :)
Keçən sərgilərdə şallar, yaylıqlar çox ucuz idi. Bu dəfə belə deyil. Fantastik qiymətlərlə əl işi olan xalçalarla da rastlaşacaqsınız :)
Bu sərgidə ən sevdiyim mebellər idi. Çox kübar, fərqli, qeyri-adi, istifadəyə çox yararlı və əsil hind üslubunda olan kreslolar, dolablar, şkaflar və fərqli dizaynları olan möhtəşəm işləməli sandıqlar. Subay qızlar cehiz olaraq qəşəng şeylər aldıra bilər ordan :)
Kosmetika və baxım vasitələri təxmini elə keçən dəfələrdə olduğu kimi idi. Üz yuma gelləri, skrablar, kremlər, sabunlar, göz karandaşları, dodaq balzamları və elə təxmini əvvəlki qiymətlər.
Əl bəzəmək üçün olan xınalar 1.5 manatdan, saç üçün xınalar 2 manatdan (balacası) başlayan qiymətlərlə satılır.
Əsil hind çayı , qəhvəsi və ədvaları düz sərginin girişindədir. Ədvaların son istifadə tarixi noyabr ayında bitir deyə sadəcə 1 manata satılır. (Amma 50 qəpiyə də razı sala bilərsiniz). Alarkən bunu diqqətdə saxlayın.
Tüstü çubuqlarının da qiyməti 1-2 manat arası dəyişir. Sandal ağacı, lavanda kimi onlarla fərqli qoxu təklifləri var.
Sərgidən bu qədər :)
Yenə nəsə sual qalsa verə bilərsiniz, cavablandırmağa çalışacağam :)
P. S. Amay Ticarət Mərkəzi Xətai m.st.a yaxın yerləşir. Təxminən on dəqiqə piyada yol var, başqa tərəfdən isə Megafuna da yaxındır.
Cibiniz dolu olsun, yoldaşlar ! Xoş istirahətlər ! :)
8 Ekim 2015 Perşembe
23 Eylül 2015 Çarşamba
Mausam ( Mövsümlər)
4 il öncə məhz bu gün Pankac Kapurun baş rollarında Sonam Kaoorla Shahid Kapoorun çəkildiyi, romatik dram janrında olan Mausam-Mövsümlər vizyona girmişdi... :)
Blogu açandan bu günə özümə şərt qoymuşam ki, mütləq ara-sıra fərqli üslubu olan filmlərə də müraciət edəcəyəm . Ki, bu da o filmlərdəndəndir :) Mausam-ın tamam başqa aurası var , özəlliklə filmin Hindistan xaricində çəkilən səhnələri sakitliyi, fərqli dili ilə seyircisini öz dünyasından alıb aparır sanki.
Filmdəki rəqs səhnələri də çox diqqətçəkici alınıb məncə. Xüsusilə də Sonamla Shahidin rəqsini əminəm ki, siz də bəyənəcəksiniz :)
Filmin əsas sujet xətti 1992-ci ildən 2002-ci ilədək baş verən hadisələr üzərində cərəyan edir.. Bunlara Bombey qiyamları, Bombeyin bombalanması, Kargil müharibəsi, 9/11 hücumu və Qodra qiyamları kkmi hadisələr də aiddir. Bütün bunlar bütün ağrıları ilə öz əksini filmdə də tapıb...
Harri (Shahid) pəncablı , cavan və yaraşıqlı oğlan, Aayat isə kaşmirli, gənc və gözəl qızdır.Onlar hələ 92-ci ildə bir-birinə aşiq olmuşdular. Amma iş elə gətirir ki, Aayat dayısı və xalası ilə birgə şəhəri tərk etməli olur. Harri də Hind Hava Qüvvələrinə qoşulur... Və 7 il sonra onlar Şotlandiyada yenidən rastlaşırlar. Evlənməklərinə hazırlıq görərkən Kaşmirdə vəziyyət pisləşir və Harri təcili Hindistana-müharibəyə çağırılır.
Beləcə ağır illər başlayır. O illər ki, Aayat Harrini həlak olmuş, Harri isə Aayatı artıq ailə qurmuş bilir.
Hindistanın faciəli günləri isə bitmir. Qodra qiyamları vaxtı canını qurtarmaqçün qaçan Aayatı indi kimsə xilas eləməlidir, o təhlükədədir...
Filmdən yadda qalan sitatlar :
Bizə əziz birini itirəndə dünya artıq çox kiçik görünür.
Yerdən və səmadan uzaqda... Orda ki, səndən və məndən başqa heç kim yoxdur. Zaman yoxdur... Orda sadəcə bir hiss var... Səninlə mənim aramda.
Filmin bütün musiqilərini aşağıdakı linkdən dinləyə bilərsiniz :)
https://m.youtube.com/watch?v=Cu35A5WHjiw

13 Eylül 2015 Pazar
JTHJ-nı KKHH-dən üstün tutanlara :)
Bayaq türk səhifələrinin birində anket gördüm. Jab tak hai jaan yoxsa Kuch kuch hota hai ? Dəhşətlisi bilirsiz nədir ? Rəylərin əksəriyyəti JTHJ-ı seçmişdi , filmi əfsanə zad adlandıranlar var idi. Rəylərin nə qədəri də özümüzkülərə aid idi...
Bir dəfəlik bu məsələ haqda fikrimi bildirəcəm.
Əslondə bu iki filmi müqayisə eləmək mənasızdır. KKHH-in olduğu siyahıda belə yer ala bilməz o film. Səbəbləri izah edim.
1. Mövzu.
Özünüzdən soruşun, JTHJ sizə nə verdi ? Nə öyrətdi ?
2. Sujet xətti.
Avropa təhsili almış, dünyagörüşlü və ağıllı bir qız elə bilir ki, "İsa" duaları(şərtləri)na görə sevdiyini incidəcək və onu atır. Bəli, atır. Öz axmaq düşüncələrinə görə. Belə düşüncə olar ? Film bütün bu düşüncənin üzərində qurulub özü də...
3. Baş roldakı aktrisalar. Anuşka Şarma bir tərəfə hələ. (Ki, əslində onun aktrisalığı belə nə Ranininki, nə də Kajolunku ilə müqayisə edilə bilməz. Amma nəisə.) Katrina Kaifi necə Kajoldan, Ranidən üstün tutmaq olar ? Mən sırf Bollywood səhifəsi idarə edirəm deyə, Katrina haqda da məlumatlar paylaşıram səhifədə. Yoxsa ki, mən Katrinanı aktrisa hesab etmirəm. Bu xanım bunu bacarmır. Bu gedişlə də bacarmayacaq. Hind aktrisanı necə emosiyalarsız, dəlisovluqsuz və passiv təsəvvür etmək olar axı ? Bu yaxınlarda "Bang bang " filmini izlədim. Ümidlərdim vardı ki, bəlkə bu filmdə yarıtmış ola. Bəlkə də bilmirsiniz, "Bang bang "Tom Kruzla Kameron Diazın baş rollarında çəkildiyi "Gecə-gündüz" filminin remake-idir. Yəni Katrinanın eləməli olduğu sadəcə Kameronun "ağzını əymək" idi. Amma, inanın ki , bacarmayıb. Hətta uyuşmuş halındakı yaratdığı o guya şıltaq qız belə alınmayıb. Tamam , gözəl qızdır, əla bədəni var, super rəqs edir, amma o bütün bunlarla belə Kajolun çatma qaşlarıyla, Raninin balaca boyu ilə elədiklərinin 1 faizini belə bacarmayıb. Təkrar edirəm, aktrisa olaraq.
4. Hind dəyərlərinə hörmət.
KKHH-də sevgisini belə etiraf edə bilməyən Anjali var... Ölüm ayağında qızına ən yaxşı analıq edəcək Anjalini seçən Tina var...Qızını özü böyüdən Rahul var...JTHJ-da nə var ? Min dənə hoqqadan çıxan iki sevgili, övladını başqa kişiyə görə atan ana və dəisovluğu ilə sərhədini bir xeyli aşan jurnalist qız... Ən pisi odur ki, JTHJ bunu elə təqdim edir ki, sanki belə də olmalıdır , bu normaldır. Normal deyil yoldaşlar, hind filmi hind dəyərlərinə hörmət eləməlidir.
Siyahını bir az daha uzatmağa davam edərdim, amma xeyri yoxdur. Mən insanların JTHJ sevgisi qarşısında acizəm :)

1 Eylül 2015 Salı
Anjaam (Kapriz-Şıltaqlıq)
Filmfare
tarixində ilk ən yaxşı mənfi rol mükafatı məhz Shahrukh Khana verilib. Özü də məhz
“Anjaam”-dakı Vidjay Agnihotra obrazına
görə :)
1994-cü ildə
Rahul Ram tərəfindən çəkilmiş film triller və dram janrındadır. Filmdə Shahrukh Khanın tərəf müqavili stüardessa olan Shivani Chopranı canlandıran Madhuri Dixitdir.
Əvvəlcə
şıltaq bir sevgi kimi görünən Vidjayın hissləri
Şivaninin ailə qurduğunu öyrənməsiylə qorxulu bir
kabusa çevrilir.
Shivani isə
onu heç vaxt sevməyib, hətta ondan zəhləsi belə gedir. Yeni ailəsi ilə 4 il
Londonda yaşadıqdan sonra o, yenidən Hindistana qayıdır və Vidjay yenidən onunla
rastlaşır. Amma Vidjay başa düşür ki, heç nə bitməyib, bu dəfə o, Shivaninin bircə sevgi etirafını eşitməkçün hər şeyə hazırdır. Hətta “sevdiyi” qadının bütün həyatını yerlə bir etməyə belə…
Ancaq bu həyatda
hər şeyini itirmiş bir qadından daha təhlükəli və daha qorxusuz nə ola bilər ki
?
Bu istər
sevgi olsun, istərsə də Shivaninin dediyi kimi sadəcə kapriz… Amma bu hekayənin
sonu onların ikisi üçün də xoş
olmayacaq.
Bunu da
yazmadan keçə bilməyəcəyəm :) Mənə görə Bollywood filmləri içində ən yaddaqalan
sonluqlardan biri məhz “Anjaam”-a aiddir :)
Filmdən
yaddaqalan sitatlar :
Hər kəsin problemi üçün hansısa çarə var : Əngəllilər üçün baxım evləri, dəlilər üçün dəlixanalar.
Amma axmaqlara çarə yoxdur və sən axmaqsan.
Bir
qadın sevdiyi kimi nifrət də edə bilər,
yaşam verə bilirsə onu sonlandıra da bilər.
Mənim
yaşamağım sənin ölməyindən daha vacib deyil.
Filmdə səslənən bütün musiqiləri aşağıdakı linkdən dinləyə bilərsiniz :
19 Ağustos 2015 Çarşamba
Kaminey (Yaramazlar)
Keçdiyimiz
həftə “Kaminey” öz 6 yaşını qeyd etdi.Filmə baxanadək Şahid Kapurun nə vaxtsa əkiz
rolunu oynadığını bilmirdim :)
Vişal
Bhardveyin filmində Şahid Kapurla yanaşı baş rolda Priyanka Çopra da çəkilib.
Film
atalarının ölümündən sonra bir-birilə bütün əlaqələrini kəsən iki əkiz qardaşın
hekayəsindən bəhs edir. İllər sonra onları yenidən qarşılaşdıracaq şey də elə əkiz olmaları olacaq… Ya da ikisinin də
“pis adam”larla əlaqədə olması ...
Çarli pulu
rahat qazanmaq üçün hər yola üz tutmağa
hazırdır və o ən ən qısa, həm də ən təhlükəli yolu seçir. Quddu isə gələcəyi
üçün pillə-pillə planlar hazırlayıb. Amma işlər istədiyi kimi getmir və o illər
sonraya düşünsə də sevgilisi Sweety ilə evlənməli olur. Özü də, məhz toy günü xəbər tutur ki, gəlini təhlükəli təhlükəli
siyasətçilərdən olan Sunil Bhopun bacısı imiş :)
Və beləcə
iki qardaş eyni təhlükənin düz mərkəzinə düşürlər. Çarli isə seçim etməlidir,
qardaşı , yoxsa asan qazanılmış çirkli
pullar ?
Filmdən
yadda qalan sitatlar :
Tez pul
qazanmağın iki yolu var : Kəsdirmə yol və daha kəsdirmə yol.
Bəzilərimiz
zamanla dəyişir, bəzilərimizsə zamanın özünü dəyişdirir.
Dalğanın əksinə
üzənlər heç vaxt geri qayıtmazlar.
2 Ağustos 2015 Pazar
Shaadi ke side effects (Evliliyin yan təsirləri)
Filmə baxmadan Farhan Axtar və Vidya Balan
uyumunun bu qədər uğurlu olacağını düşünməmişdim :) “Shaadi ke side effects “ ( “Evliliyin yan təsirləri”)
serial dadında bir filmdir. Canınızı sıxmayacaq, güldürəcək, düşündürəcək və hətta
şok belə edəcək :) Romantik-komediya janrında filmin rejissoru Saket Çaudridir.
Bloqda ailə münasibətlərinə həsr olunan ilk
filmimiz nümunəvi münasibətləri olan kişi və qadının qızları dünyaya gələndən sonra tamamilə dəyişən həyatları haqdadır.
Sidhart (Farhan) musiqiçidir. O, vaxtilə evliliyi həmişə maraqlı saxlamaq üçün
başqalarına məsləhət verərdi. İndi
başqalarının ona məsləhət verməsi bir yana , artıq həyat yoldaşı Trişa(
Vidya) belə günü-gündən ondan uzaqlaşır. Amma təslim olmaq fikri yoxdur və
evliliyin bütün yan təsirlərini araşdırmaq qərarına gəlir . Beləcə başına gəlməyən
də qalmır :)
Valideyn olmağa hazırlaşan cütlüklərin izləməsi
tövsiyyə olunan film :)
P. S. Deyəsən , evlilik düşündüyünüz qədər çətin
deyil, daha çətindir :)
Filmdən yadda qalan sitatlar :
Mən nəsə səhv edəndə xanımımdan üzr istəyirəm.
O nəsə səhv edəndə yenə mən üzr istəyirəm.
Uğurlu bir evlilik üçün sevginin yetərli
olduğunu deyirlər. Əgər belə olsaydı, heç vaxt səhv başa düşmələr, mübahisələr , ya da boşanmalar olmazdı.
Sadəcə axmaq biri evliliyi asan qəbul edə bilər.
Çünki evliliyin özündən çox yan təsirləri təhlükəlidir.
Əlində hansısa çarə yoxdursa ən yaxşısı
problemdən uzaq durmaqdır.
Xoşbəxt evliliyin sirri bəyaz yalanlardır.
İş kişilərçün bəhanədir. İşdən qaçma bəhanəsi.
Daha çoxuna sahib olmaq istədiyimizdə çox vaxt
sahib olduqlarımızı da itiririk.
Uğurlu bir evlilikçün hansısa strategiya
yoxdur.
Filmdən bütün musiqiləri aşağıdakı linkdən dinləyə bilərsiniz :
https://www.youtube.com/watch?v=fIcOgTQ43Rg
Kaydol:
Kayıtlar (Atom)