26 Haziran 2017 Pazartesi

Black Mirror ( Aynaya baxmağa hazırsan ?)

Aylardır , yayımlanmış son bölümünə baxmağa qıymadığım “Black mirror”dan danışaq bəlkə ? :)



Niyə qıymırdım ? Çünki , yeni mövsümün  nə vaxt gələcəyi bəlli olmayanda insan sevdiyi serialın uzun müddət yayımlanmamasına, yerinin boş qalmasına  dayana bilmir. (Yeri gəlmişkən, son bölümü də böyük təəssüratlarla bitirdim, amma ki ,  NO SPOİLERS ! :) )



Gəlin ,öncə baxaq, görək,  “qara ayna “  nə deməkdir və serial niyə məhz belə adlanır ?  Bu söz birləşməsi  bir növ  cəmiyyətin  ən pis tərəflərini media və  sosia şəbəkələr vasitəsilə  göstərən  səhnə (ayna) kimi başa düşülür.  Serial  texnologiya və elmin  bizə tam və ya qismən bəlli olmayan qaranlıq tərəflərinin modern həyatdakı  tətbiqini az qala  hər bölümdə  fərqli formalarda izləyiciyə göstərir.



Serialın ən , ən  çox sevdiyim  xüsusiyyəti hər bölümün fərqli bir film ab-havasında olmalısıdır , yəni hər dəfə yeni hekayə,  yeni  aktyorlar ,   yeni yaradıcı  film heyəti. Odur ki,  seriyaları   ardıcıl izləmək kimi bir dərd yoxdur  :)( Belə seriallar  anthology janrında sayılır).




Təxminən 5 il öncə ən yaxşı tv filmi/mini serialı kateqoriyasında  EMMY qazanmış  serialın  səhnələrinin demək olar ki, hamısı elə serialın istehsalçısı olan ölkədə- İngiltərədə  çəkilib. Hər bölümdə iddialı ingilis ləhcəsindən də zövq almadan keçmək olmur.



3 sezonu , ümumi 13 bölümü yayımlanmış olan “Qara ayna “ həm elmi fantastik,  həm psixoloji drama , həm də  satiranı özündə kəsişdirir. Netflix də serialın aldığı çoxsaylı müsbət rəyləri və izləyici uğurunu görüb  2016-cı ildə serialın yayımlanma hüququnu ala bildi :) Növbəti sezonun bu ilin  son aylarında yayımlanacağı deyilsə də , əslində bu haqda heç nəyi dəqiq hesab eləmək olmaz. Hər halda dəqiq olan odur ki, 4-cü sezon olacaq.



Hər sezonda dünyanın məşhur simalarına olan atmacalar  da gözdən qaçmır. 



Ümumiyyətlə , hər bölüm hekayənin gedişatı elə addımlayır ki, sanki bir nöqtədə vulkan püskürür və izləyici  duyğu partlaması keçirir. Ta sonadək… “Black Mirror “  sadəcə cəmiyyətin  artıq nələrə qadir olduğunu, ola biləcəyini göstərmir. Həm də düşünməyə və tamaşaçısında yaratdığı suallara cavab axtarmağa vadar edir.



 Bəzən qəhrəmanlar elə situasiyaya düşürlər  ki, onun haqlı olub olmadığını düşünmək belə mənasız olur… Bəzən "günahkar"lar və ya elə günahkarlar belə izləyicinin gözündə anlayışla qarşılana və ya əksinəsi baş verə bilər bilər. Çünki  bu “ kimlərinsə doğruları”nı kütlənin beyinlərinə yeridən bəsit ekran işlərindən deyil.  Çox güclü aktyor , ssenarist və rejissor işinin rolu nə qədər danılmaz olsa da məncə serialın  bu qədər səs-küyə səbəb olmasının, bu qədər bəyənilməsinin  (bəzən də ciddi tənqidlərə məruz qalmasının) və bu qədər də fərqli mövqelərin serial üzərində toqquşmasının əsas səbəbi məhz mövzu və ideyasıdır. Çünki baxarkən hər kəs o aynanın qara tərəfində sadəcə yaşadığı və ya yaşayacağı cəmiyyəti yox, həm də özünü görür. Bəli özünü. Bəlkə özünün belə qəbul etmədiyi “öz”ünü.



Şiddətlə serial izləməyinizi tövsiyyə edirəm. Amma bölüm sayı azdır deyə tələskənlik edib gün ərzində  bütün bölümləri izləmək əvəzinə ,  həftədə 1 bölüm izləsəniz  daha məqsədəuyğun olur :)



Özünüzü tamamilə baxdığınız bölümə ayırın və izn verin  o təxminən 1 saat civarında olan bölüm detallarıyla belə sizi ürkütsün…



Və  sonra bu suallara cavab verin : 

                                  
Bəs sən olsan nə edərdin ?



Bəs sən belə bir dünyada yaşamağa hazırsan ? 


Hiç yorum yok:

Yorum Gönder