22 Kasım 2015 Pazar

Hasee toh phasee (Gülümsəyir, deməli sənindir)

2014-cü  ildə çəkilmiş “Hasee Toh Phasee” filminin rejissorluğu Vinil Metyuya, prodüserliyi isə Karan Johara aiddir. Film komediya və dram janrlarındadır. Baş rollarda Parineeti Chopra (Mita) və Siddharth Malhotra ( Nikhil)  yer alıb.

Bu əslində 8 il əvvəl bir-birini ilk dəfə görən iki gəncin hekayəsidir.  Mita məhz elə ovaxt öz elmi işlərinə görə evindən  bir pul oğurlayaraq qaçmışdı. O heç vaxt adi hind qızları kimi olmamışdı. Elə təkcə buna görə belə daima qohumları ilə problemlər yaşayırdı.  Ailəsinin onu hətta görmək belə istəmədiyi vaxtda , atasının qarşısına çıxmağa cəsarəti belə yoxkən Nikhil onun köməyinə çatır. O təkcə Mitanın bacısı Karismanın(Adah Sharma)  gələcək həyat yoldaşı deyil, həm də onun 8 il əvvəl qarşılaşdığı həmin oğlandır…

Əvvəlcə məcburiyyətdən Mitaya göz qulaq olan Nikhil onun bəzi hərəkətlərindən lap təngə gəlirdi.  İndisə o ancaq bir şeyi arzulaya bilər : 8 il əvvələ qayıtmaq…

Filmdən yadda qalan sitatlar :

Sən bir atom oksigensən, mənsə iki atam hidrogen. Bizim kimyamız su kimidir !

Son şans deyə bir şey yoxdur, növbəti şans həmişə var.

Ürəyin zəmanəti, sevginin zəmanəti, işin zəmanəti… Sən deyəsən zəmanət kartı ilə doğulmusan.

Gülümsəyir, deməli sənindir :)

Filmin bütün musiqilərini aşağıdakı linkdən dinləyə bilərsiniz :










Hiç yorum yok:

Yorum Gönder