11 Kasım 2015 Çarşamba

Diwali- Sevginin, xeyirxahlığın və sülhün bayramı

Diwali (başqa adla Dipawali)  ən qədim  dini hindu festivallarından-bayramlarından  biridir. Bu festivalın əsas  ifadəsi yaxşının pis, işığın qaranlıq üzərində qələbəsidir. Festival 5 gün olmaqla Qriqoryan təqviminə əsasən oktyabrın ortasından  noyabrın ortasına qədər olan aralıqda keçirilir.

 Festival günlərində qadınların qoruyucusu, fiziki və mənəvi bərəkət ilahəsi –tanrı Lakşminin doğum günü, həm də sülhün təmsilçisi olan Lord Vişnunun Lakşmini King Bali həbsxanasından xilas etməsi  qeyd olunur. Həmçinin Vişnu ilə Lakşminin toyu da yada salınır və onların məhəbbəti də bayram mərasimlərində  öz yerini tapır.

Diwali təkcə Hindistanda deyil, Nepal, Şri-Lanka, Malaysia, Sinqapur, Trinidad və Tabaqo kimi ölkələrdə rəsmi bayram kimi qeyd olunur.

Diwali  qaranlıq gecədə yeni ayın çıxması ilə başlayır ki, bu da Ashvin ayının bitib Kartika ayının başlaması vaxtına təsadüf edir. Bu bayram Hindistanın ən işıqlı bayramı kimi qəbul oluna bilər. Əbəs yerə bütün dünyada Diwali “işıqlar festivalı” adlandırılmır :) Bütün evlər, həyətlər, iş yerləri, otellər və.s  şamlarla, lampalarla bəzədilir.

Bəzi əyalətlərdə bu bayramı yeni ilin gəlişi kimi qeyd edənlər də az deyil.

İndisə keçək, Dİwalinin 5 gününə, daha doğrusu  bu beş günün hər birinin öz əlamətlərinə :)

1-gün.
“Dhanteras” adlandırılır. Bu gün əsasən qızıl-gümüş tacirlərinin bayramı olur :) Evlər təmizlənir, bəzənir. Evlərin girişlərində, həyətin ən yaxşı yerində “rangoli”lər hazırlanır. Bəs rangoli özü nədir ? :)

Rangoli Diwalinin əsas atributlarından biridir. Qısa xatırlatma edim ki, “Hamari adhuri kahani” filmində Vasudha (Vidya Balan) otelin girişində yerdə məhz ondan hazırlayır. Rangolini düzəltmək üçün rəngbərəng unlar və çiçəklər, güllər lazımdır. Müxtəlif bəzək fantaziyaları ilə əl işinin sahibi isə onu çox daha gözəl edə bilər :)

2-ci gün.
“Narava Chaturdasi” və ya “Choti Diwali” adlanır. Bu gün daha çox xüsusi vanva ritualları ilə məşhurdur. Belə ki, bayramı qeyd edənlər müxtəlif ətirli yağlardan istifadə edərək dini rituallar həyata keçirirlər. (Məsələn sərgiyə gedənlər o yağları görməmiş olmaz :) ) Qadınlar əllərinə xına vururlar.Həmçinin  bu gün evlərdə şirniyyatlar hazırlanır, ya da mütləq hardansa  alınır.

3-cü gün
Bu gün “Lakşmi Puja” adlanır. Bayramın ən vacib günü məhz bu gündür. Puja  sözünü bir növ “dua etmək, itaət etmək” kimi başa düşmək olar. Bu gün ən yaxşı paltarlar geyinilir. Evlərin qapı və pəncərələri İlahə Lakşmini qarşılamaq üçün açıq qoyulur.

4-cü gün.
“Padwa- Balipratipada” adlanan bu gündə ər və arvad arasında olan sevgi və hörmət  Lakşmi və Vişnunun timsalında müxtəlif rituallar ilə  rəmzləşdirilir.

5-ci gün.
Bu gün “Bhai Duj”  adlanır. Bu günün əsas cəhəti isə bacı-qardaş sevgisinin ifadəsidir.

Ümumiyyətlə Diwali sevginin, xeyirxahlığın, sülhün, aydınlığın bayramıdır. Dünyanın müxtəlif yerlərində, hətta Hindistanın özündə belə, fərqli əyalətlərdə  nə qədər  müxtəlif formada qeyd olunsa belə bu heç vaxt dəyişmir :)   
















Hiç yorum yok:

Yorum Gönder